Yeni Fikir Müsabiqəsi 2016

01 Feb 2016 09:00
Yeni Fikir Müsabiqəsi 2016

Daha öncə də qeyd etdiyimiz kimi QU Texnopark Yeni Fikir 2016 Müsabiqəsini yeni tərəfdaşlarla həyata keçirəcəyi üçün qalibləri daha böyük mükafatlar gözləyir. Belə ki, yarışda layihəsi bəyənilərək birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlandırılacaq. Hətta birinci yerin sahibi münsiflər heyəti tərəfindən təsdiq olunduğu halda onu 10.000 avroya qədər pul mükafatı da gözləyir. Üçüncü, dördüncü və beşinci yerə layiq görülən layihələr isə QU Texnopark paketi və Türkiyədə 15 günlük təlim imkanı əldə edəcək. Qeyd edək ki, SUP.az tərəfindən təqdim olunan dəstək paketinə xüsusi masa ilə təchiz olunmuş ofis şəraiti, Amazon Web Services serverdən istifadə (5000 $ -a qədər), Rəqəmsal Marketing Təlimi, Mentor Proqramı (8 həftə), bazar araştırması, hüquqi dəstək, markalaşma dəstəyi, qidalanma, yerli və xarici media dəstəyi, Startup Week, Startup Grind , Product Hunt , Startup Adventure kimi tədbirlərdə iştirak daxildir. Layihələrin inkişafına   QU Texnopark tərəfindən təqdim olunan dəstək formaları isə Toxum investisiyanın tapılmasına dəstək,  QUTexnopark İnkubasiya Mərkəzindən 1 il müddətinə ödənişsiz istifadə haqqı,  iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək, mentor dəstəyi və gərəkli təlimlər, beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxaq bazara inteqrasiya; (Türkiyədə 15 günlük təlim), media və lobbiçilik dəstəyidir. "Sürətli icra iddianı irəli sür" şüarı ilə həyata keçiriləcək olan YFM 2016-da QU Texnoparkın yeni tərəfdaşları arasında bu yaxınlarda QU Texnoparkda Tədqiqat Mərkəzi  açmış Türkiyənin ən nüfuzlu İT şirkətlərindən olan Koç Sistem Azərbaycan da vardır. Müraciət etmək istəyən şəxslər mart ayının 15-nə kimi öz layihələrini göndərə bilərlər.