"CEO SUMMİT 2015" keçiriləcək

01 Dec 2015 18:42
"CEO SUMMİT 2015" keçiriləcək

Son zamanlar Azərbaycanda innovasiya iqtisadiyyatının inkişafına verilən əhəmiyyət, sahə ilə əlaqədər olan fərqli proqramların keçirilməsinə zəmin vermişdir. Xüsusilə gənclərin böyük maraq göstərdiyi bu cür proqramlar, cəmiiyyətdə təşəbbüskar yanaşmanın inkişafına münbit şərait formalaşdırır.

Qafqaz Universitetinin sonuncu kurs tələbəsi, həmçinin  "Business Talk" layihəsinin rəhbəri Eyyub  Hüseynzadənin təşkil etdiyi  "CEO SUMMİT 2015" proqramı  belə proqramlardan biridir.

"CEO SUMMİT 2015" proqramı 2015-ci il Dekabrın 6-da Qafqaz Universitetində keçiriləcək.          Layihənin rəhbəri Eyyub Hüseynzadənin verdiyi məlumata görə, "CEO SUMMİT 2015" proqramında məruzəçi kimi aşağıdakılar iştirak edəcək.

  • MADO Azərbaycan şirkətinin təsisçi ortağı və direktoru Kamran Məşədiyev: “Uğurlu biznesin təməlləri” mövzusunda,
  • "P&G" şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay: “Qlobal markalarda idarəçi olmaq” mövzusunda,
  • " Mc Donalds" şirkətinin İngiltərə və Türkiyə üzrə direktoru Ahmet Murtezaoğlu:  “Markaları marka edən loqoları deyil, içindəki insanlardır” mövzusunda,
  • Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov: “İş həyatında təhsilli insanmı yoxsa əxlaqlı insamı?” mövzusunda,
  • " Koç Sistem" şirkətinin Azərbaycan üzrə  direktoru Ali B. Kutvan: “Şirkətlərdə Stratejik İdarəetmə”,  mövzusunda,
  • "Golden Pay" şirkətinin  təsisçisi və direktoru  Fərid İsmayılzadə: “Texnologiya dünyanı hara aparır?”

Qeyd edək ki,  "CEO SUMMİT 2015" proqramının bütün təşkilatı işlərini Eyyub Hüseynzadənin rəhbərliyi ilə tələbələrdən ibarət komanda yerinə yetirir ki, bu da öz növbəsində fəaliyyətin daha innovativ olmasına zəmin verir.

Sammit iştirakçılarına sertifikat veriləcək.

Xatırladaq ki, "CEO SUMMİT 2015" proqramının əsas dəstəkcisi Qafqaz Universiteti Texnoparkıdır. Proqramın təşkilatçısı olan "Business Talk" layihəsi Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində fəaliyyət gösətrir.

Ətraflı məlumat:

https://www.facebook.com/events/176124572736953/