“Koç Sistem Azərbaycan” Şirkətinin Qafqaz Universiteti Texnoparkında qurduğu Tədqiqat Mərkəzinin açılışı olub

15 Dec 2015 21:57
“Koç Sistem Azərbaycan” Şirkətinin Qafqaz Universiteti Texnoparkında qurduğu Tədqiqat Mərkəzinin açılışı olub

Bakı-APA. “Koç Sistem Azərbaycan” Şirkətinin Qafqaz Universiteti Texnoparkında qurduğu Tədqiqat  Mərkəzinin açılışı olub.

Universitetdən APA-ya bildirilib ki, tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini Fuad Cəbrayılov, “Koç Sistem Türkiye” Araşdırma-Gəlişdirmə və İş Uyğulamaları üzrə Direktoru Ömər Özgür Çətinoğlu və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, güclü ölkələrin güclü ali məktəbləri olur.

“Koç Sistem Azərbaycan”ın baş direktoru Ali Bülent Kutvan qarşılıqlı əməkdaşlığın perspektivlərindən bəhs edərək, ölkədə yüksək texnologiyaların inkişafına veriləcək töhfələrdən danışıb.

Çıxışçılar qeyd ediblər ki, universitetlərdə innovasiyaların inkişafına verilən əhəmiyyət müsbət dəyərləndirilməlidir.