Azərbaycanlı tələbə gələcəyin avtomobilini hazırladı

20 Dec 2015 20:12
Azərbaycanlı tələbə gələcəyin avtomobilini hazırladı

Gələcəyin avtomobilini artıq Avropa ölkələrində axtarmaq lazım deyil. Azərbaycanlı tələbələr günəş və elektrik enerjisi ilə çalışan, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri hazırlayıb. Məqsəd, müasir texnologiyanın üstünlüklərindən istifadə edərək, təbiətdən daha az xammal almaq hesabına, ekologiyaya səmərəli olan və insanın enerji istehlakını minimuma endirən nəqliyyat vasitəsi təqdim etməkdir.

Maksimal texniki kütləsi 400 kiloqram olan elektromobil 8 nəfərlikdir, 4kVt Litium ion fosfat batereya və 122 V-luq günəş paneli ilə təchiz olunub. Şassisi yüngül dərəcəli poladdan hazırlanan bu nəqliyyat vasitəsinin əyləc mexanizmi, hidravlik disk əyləcləri ilə çalışır. Daha bir ekoloji təmiz nəqliyyat vasitəsi ilə əsl yarış avtomobillərini xatırladır. 

Qeyd edək ki, "Qafqaz Universiteti mühəndislərinin elektrik maşını" layihəsi çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya bölümlərindən 24 tələbə 13 müxtəlif komandada çalışıb. Bununla da cəmiyyətin diqqətini daha az enerji istehlakına yönəldən gənc mühəndislər, məhdud enerji resurslarının ədalətli şəkildə bölünməsi prinsipi əsasında alternativ enerjinin tətbiqini ön plana çəkir.