Azərbaycan markası - "BethClip" dünyanın ən yaxşı 20 Startup-ından biri

20 Nov 2015 11:11
Azərbaycan markası - "BethClip" dünyanın ən yaxşı 20 Startup-ından biri

     “Qlobal Sahibkarlıq  Həftəsi” (Global Entrepreneurship Week) hər il özünün “Açıq Startap Yarışı” (Startup Open competition) layihəsi üçün bir çox ölkədən gələcəyi olduqca parlaq görünən layihələr qəbul edir. Bu il layihəyə 89 ölkədən 800 startap müraciət etmişdir. Artıq müsabiqənin finalçıları münsiflər heyəti tərəfindən seçilib. Seçilmiş startaplar dünyanın 20 müxtəlif ölkəsindəndir. Azərbaycan isə müsabiqədə yeganə layihə “BethClip ilə təmsil olunur. Münsiflər heyətinin rəyinə görə "BethClip" finala vəsiqə qazanıb. Rəşid Əliyevin müəllifi olduğu  "BethClip"  layihəsi  yüngül  çəkili  və  asan istifadə olunan, çox 

sayda alət və proqram boyunca istifadəçinin mübadilə buferini sinxronlaşdıran vasitə olaraq təqdim olunmuşdur. Yarış barədə elanın işıqlandırıldığı xəbərdə istifadəçilərin tək toxunuşla informasiyanı kopyalaya və saxlaya bildikləri, bundan əlavə proqramın müxtəlif əməliyyat sistemlərində çalışdığı da vurğulanmışdır.

 

Bununla belə "BetClip" layihəsi "CNBC" tərəfindən təşkil olunan "Open Startup"a müracət edənlər arasında finala keçmiş 50 lahiyyədən, dünyanın ən yaxşı və parlaq 20 stupından biri kimi qiymətləndirilib və təşkilatın elektron səhifəsində elan edilib.

http://www.cnbc.com/2015/11/19/20-of-the-worlds-hottest-start-ups-of-2015.html

 

Xatırladaq ki, xeyli sayda ciddi uğurları qazanmış ”Bethclip” layihəsi (www.bethclip.com) Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyat keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsində (www.yenifikir.az) birinci yeri qazanaraq ilkin investisiyanı (10 000 manat) əldə etmişdir.

 

Yeni Fikir Müsabiqəsi (YFM) 2013-cü ildə QUtechnopark-da təsis edilib. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir. YFM təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar arasında real körpü rolunu oynayır.

 

YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilir.