Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə

14 Oct 2015 09:00
Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə

xeberler.az -ın yaydığı məlumata görə, bu il Oktyabr ayının 12-dən 15-ə kimi müddətdə Macarıstanın paytaxtı Budapeştdə “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə sərgi-konfransı keçirilir. Sərgidə Yeni Fikir 2014 Müsabiqəsində birincisi “Bethclip” layihəsi də təmsil olunur.

Sərgi əsnasında öz layihələrini nümayiş etdirən Rəşid bəy Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Macarıstan İnformasiya və Kommunikasiya Texnologiyaları naziri ilə Azərbaycan startaplarını müzakirə etmiş və öz layihələrinin təqdimatını edərək onların iş prinsipi, həmçinin cəmiyyətin inkişafına verəcəyi töhfələr haqda məlumat vermişdir. Nazir Əli Abbasov bu səpkidə tədbirlərin önəmini vurğulayaraq startapları dəstəklədiyini  qeyd etmişdir.

Sərgidə iştirak edən “Bethclip”  layihəsinin rəhbəri Rəşid Əliyev digər bir layihəsini də - “Braille Pad” - səgidə təqdim etmişdir.  xeberler.az -ın yaydığı məlumata görə, Nazir Əli Abbasov ‪ "‎Braille Pad" layihəsinə xüsusi diqqət ayırıb. Qeyd edək ki, ‪"Brail Pad" layihəsi ‪ Yeni Fikir 2015 Müsabiqəsində 252 layihə arasında 4-cü yerə layiq görülərək, ‪Qafqaz Universiteti Texnoparkından pul mükafatı və ‪‎İnkubasiya Mərkəzindən 1 il müddətində kirayə ödəmədn istifadə haqqı qazanıb. Rəşid Əliyev  artıq Macarıstanda xeyli yeni əlaqalər qurub.

Əsmər Həşimli