Anna Degterevanın təqdimatında seminar

08 May 2015 09:00
Anna Degterevanın təqdimatında seminar

May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçiriləcəkdir. Seminar "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutacaq. Biznes inkubatoru, bir neçə uğurlu təşəbbüskar sahibkarın kapitalist Anna xanım layihəni hazırlayarkən cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti kimi önəmli mövzulardan bəhs edəcək. Tədbirdə həm də "Sedaktiv" CEO və təsisçisi Maksim Semençuk, "Reprezent" təsisçisiAleksandr Tomilin kimi xüsusi qonaqlar iştirak edəcək. "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" adlana görüş rus dilində olacaq. Qafqaz Universiteti əsas bina akt zalında saat 17:00-da həyata keçiriləcək seminarda maraqlanan hər kəs iştirak edə bilər.


Әsmər Həşimli