Happy Farm QUTechnopark-da

16 Mar 2015 22:22
Happy Farm QUTechnopark-da

Mart ayının 16-da QUTechnopark və Happy Farm ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri baş tutdu. İştirakçılar Happy Farm CEO və təsisçisi Anna Degterevanın təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" çıxışına qulaq asmaq şansı əldə etdilər. Çıxış əsnasında investorların komandaya verdiyi önəm, layihəni hazırlayarkən kimə və cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağınızın, ilk təəssüratın, opponentin mövcudluğunun, startupçının özünə inamının, bazar araşdırmasının, müqavilə ilə yaxından tanış olmağın, qrupda liderin olmasının, satmağı bacarmağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti məsələlərinə toxunuldu. Tədbirdə həm də iştirakçıların suallarını cavablandıran və startup ideyaları ilə tanış olan Anna xanım sonda QUTechnopark heyətinə minnətdarlığını bildirdi. Qeyd edək ki, Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə proqramını uğurla bitirmiş və rezidentlərinin inkişafı üçün yatırımlar etmişdir.

Əsmər Həşimli