"Web Summit 2014"də iştirak edən Azərbaycan "startup"ları

05 Nov 2014 17:37
"Web Summit 2014"də iştirak edən Azərbaycan "startup"ları

Avropanın ən böyük texnologiya tədbirlərindən olan Web Summit 2014 davam edir. Dünəndən etibarən 3 gün davam edəcək tədbirin açılış mərasimi bir sıra maraqlı məqamlarla yadda qalıb.

Tədbirdə ilk çıxış edən Web Summit CEOi Paddy Cosgrave-in verdiyi məlumata görə, bu il də yüz ölkədən təxminən 23 min iştirakçı «Web Summit»ə qatılıb. Dünyanın dörd bir tərəfindən gələn media nümayəndələri isə Web Summit-i daha geniş ictimaiyyətə təqdim etməyə yardımçı olur.

Web Summit 2014-ün gündəmində dayanan ilk mövzu isə virtual reallıq oldu. Hər il ənənəvi olaraq keçirilən Web Summit-də əsas məqsəd investorlarla dünyanın müxtəlif yerlərindən olan yeni innovativ ideyaları, layihələri və startupları görüşdürməkdir.

Google Ventures, Maven Ventures, Sequoia Capita kimi sərmayəçilərin qatıldığı tədrbirdə Azərbaycandan da bir neçə startup iştirak edir. Bunlara misal olaraq, Tuning ForkBethClipAl kredit layihələrini qeyd etmək olar. Media qurumlarından isə ölkəmizi tədbirdə Technimum təmsil edir.

http://technimum.com/blog/start-up/5307.html