QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi

03 Nov 2014 09:44
QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi

     Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.

     1 Noyabr 2014-cü il tarixində keçirilən seminar Sahil İT direktoru, Azərbaycan Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası müəllimi, Veb-texnologiyalar üzrə ekspert, təlimçi Vahid Qasimov təqdimatında "İdeya-startup-layihə-biznes" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.

Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:

 Real startup-ın tarixçəsi

Pul əldə etməyin yolları?

 Uğurlu ideya nədir?

Start-up

 Komanda necə təskil olunur?

Layihədən biznesə

     Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

     Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.