Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq

23 Oct 2014 13:13
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq

   Azərbaycandan Dublin WebSummit 2014-də təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Startup İstanbul 2014 və Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır.