QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi

13 Oct 2014 10:13
QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi

 QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 11 Oktyabr 2014-cü il tarixində Yenifikir 2014 Müsabiqəsində birinci yeri əldə edərək 10 000 manat qazanmış BethClip layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında Startup - ın Silikon Vadisinə gedən yolu seminarı təşkil olundu.

 

 15 - 30 Senytabr tarixlərində Silikon Vadisində səfərdə olan Rəşid Əliyev öz təcrübəsini Startup-çılarla, Startup - la maraqlanan gənclərlə bölüşdü. Seminarın ikinci yarısında Startup İstanbul - BethClipin təcrübəsində Nigar Movsumlu tərəfindən seminar iştirakçılarının suallarına cavab verildi

 

 

Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:

  • Silikon Vadisində Startup-lar
  • Startup-lar Vadidəki investorların gözü ilə
  • Haradan gəlib, hara gedirsən?
  • İstifadəçilər (traction)
  • Vadidə və digər yerlərdə böyümə
  • Vadi investorlarına nə zaman və necə müraciət etməli?
  • İnkubator və Akseleratorlar - bizdə və Vadidə
  • Startup İstanbul - BethClipin təcrübəsində

 

 

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.