QUTechnopark Startup İstanbul-da

02 Oct 2014 02:12
QUTechnopark Startup İstanbul-da

QUTechnopark 27-30 sentyabr tarixlərində İstanbulda keçirilən Startup İstanbul Konfransında təmsil olundu. Qeyd edək ki, beynəlxalq konfransa qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdı. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çox idi.

eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaq idi.  Konfrans müddətində seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olundu. Microsoftun Türkiyədəki ofisində baş tutan proqram  29 sentyabrda Pitch mərhələ ilə davam etdi.

Proqramın müşahidəçisi kimi, bu konfransın QUTechnopark  da daxil olmaqla iştirakçılara verdiyi ən böyük faydanı "networking" və "mentorship" hesab edirik.