BethClip Startup İstanbulda
26 Sep 2014 11:22
Yeni Fikir 2014 Müsabiqsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunur. 27 - 30 sentyabr tarixlərini əhatə edən yarışmaya qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdır. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çoxdur.
Qeyd edək ki, eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaqdır. Hazırda seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur.
Proqram Microsoftun Türkiyədəki ofisində baş tutacaq və 29 Sentyabrda Pitch mərhələ ilə davam edəcək.