Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası Startup Azərbaycanın yarımfinal mərhələsində çıxış edib

25 Jun 2014 14:14
Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası Startup Azərbaycanın yarımfinal mərhələsində çıxış edib

Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək vediyi Startup Azərbaycan layihəsi 21 iyun tarixində yarımfinal mərhələni başa vurub.

Yarımfinala çıxan 15 Layihədən 14-ü Startup Azərbaycan ekspertləri tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. 8 ekspert bu qiymətləndirmə mərhələsində iştirak edib

Hər bir startup  komandası 10 dəqiqə vaxt  ərzində öz Layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar.  Ekspertlər Layihələri 5 istiqamət (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 ballıq sistemlə qiymətləndiriblər.

Layihədə Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası da uğurla iştirak edib. 

Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq.
Finalçılar 3 iyul tarixdə keçirilməsi nəzərdə tutulan  yekun təqdimat mərasimində élan olunacaq.
Finalçılara Diplomlar və müxtəlif qiymətli hədiyyələr təqdim ediləcək.
Ənənəvi Startup Azərbaycan Milli Konfransının və Finala çıxan startuplarla investorların qapalı görüşünün də (pitç sessiya)  3 iyul tarixdə  keçirilməsi nəzərdə tutulub.