Qafqaz Universitetinin təşkil etdiyi AzRoboHack müsabiqəsi başa çatdı

07 May 2014 14:49
Qafqaz Universitetinin təşkil etdiyi AzRoboHack müsabiqəsi başa çatdı

Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı sona çatıb.

Layihənin məqsədi barədə məlumat verən AzRoboHack - I Respublika Ro bot Proqramlaşdırma yarışının koordinatoru və universitetin 4-cü kurs tələbəsi Nadir Hacıyev bildirib ki, burada başlıca məqsəd respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Onun sözlərinə görə, müxtəlif sahələrdə innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti və QU İKTETM bu layihə ilə Azərbaycanda bir ilkə imza atıb.

Koordinator müsabiqə barədə də ətraflı məlumat verib. Onun s özlərinə görə, AzRoboHack müsabiqəsinə 14 aprel tarixində start verilib. 27 aprelə qədər davam edən qeydiyyat mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər universitet tələbələrindən 55 komanda qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş komandaları müqayisə etmək və layiq olanları seçmək üçün komandalar bir neçə mərhələdə seçimlərdə iştirak etmişlərdir.

Öncə 28-29 aprel tarixlərində qeydiyyatdan keçmiş komandalar E-olimp veb səhifəsində təş kil olunmuş AzRoboHack 1 və AzRoboHack 2 online müsabiqələrində öz proqramlaşdırma biliklərini sübut etməyə çalışmışlar. Bu mərhələyə 43 komanda qatılmağa razılıq verdi və bu komandalardan 34-ü online seçim müsabiqəsində iştirak etdi.

Növbəti mərhələdə öncədən təyin olunmuş keçid balını (1000 bal) keçən 21 komanda online və ya canlı müsahibə mərhələsində iştirak etdilər. Bu mərhələdə iştirakçıların robototexnika sahəsindəki biliklərinin ölçülməsi üçün suallar verildi və bu sahəyə olan maraqlarına önəm verildi. M üsahibə nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazandı.

Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı, dosent Yadullah Babayev isə çıxışında vurğulayıb ki, rəhbəri olduğu fakültədə tədris alan tələbələr yüksək bilik və bacarıqları ilə fərqlənirlər. Qəbul imtahanlarında müvafiq qrup üzrə imtahan verərək ən yüksək bal toplayan tələbələr öz seçimlərində məhz Qafqaz Universitetinin mühəndislik fakültəsinə də üstünlük verirlər. Bunun başlıca səbəbi isə fakültədə, ümumilikdə isə universitetdə onla ra yaradılan yüksək şərait, müasir dünya standartları səviyyəsində təhsil almaq imkanının yaradılmasıdır. Dekan vurğulayıb ki, fakültənin tələbələri bu yarışlarda fəal iştirak edirlər. Daha sonra müsabiqə barədə danışan Y.Babayevin sözlərinə görə, 3-4 may tarixlərində keçirilən təlimlərdə finalçılara, online seçim mərhələsində xüsusilə fərqlənən digər komandalara və İKTETM-in davamçılarına robototexnika, LEGO Education Set istifadə etməklə, robot prototiplərinin hazırlanması və proqramlaşdırılması, leJOS, leJOS mühitində və vizual mühitdə LEGOların proqramlaşdırılması və digər mövzularda təlimlər keçirildi.

Finalçı komandalar təlimlərdə əldə etdikləri bilikləri 5-6 may tarixlərində keçirilən final mərhələsində istifadə edərək, öz layihələrini həyata keçirib, yarış mükafatçıları sırasına düşmək üçün mübarizə apardılar. Nəticədə aşağıdakı komandalar qalib gələrək mükafat qazandılar.

• Birinci yer - Huggies komandası, mükafat 500 AZN
• İkinci yer - BDU-Tətbiqçi komandası, mü kafat 300 AZN
• Üçüncü yerlər - RoboOlimp və Crerobotative komandaları, mükafat hər bir komandaya 200 AZN

Müsabiqədə iştirak edən digər komandalar iştirakçı sertifikatı ilə təltif olundular. Yekun olaraq bütün iştirakçı komandalar İKT Elmi Tədqiqat Mərkəzinin gələcək layihələrinə qoşulmağa dəvət olundular.