Azərbaycanlı tələbələr Buxarestdən qızıl medalla qayıtdılar

20 May 2014 11:58
Azərbaycanlı tələbələr Buxarestdən qızıl medalla qayıtdılar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Olimpiadada tələbələrimiz qızıl medala layiq görülüblər. 

ANDS PRESS-in məlumatına görə, bu barədə ARDNŞ-in rəsmi internet saytında xəbər verilib. 

Yarışmaya müxtəlif ölkələrdən komandalar qatılıb. 'İnfoMatrix'' Olimpiadasında ARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzinin tələbələri (İKTETM) iştirak ediblər.

Məlumatda o da qeyd olunur ki, Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Robototexnika qrupunun ''QUsumo'' komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarının məğlub edib və qızıl medala layiq görülub. 

Qafqaz Universiteti kompyuter mühəndisliyi ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bəkirlinin iştirak etdiyi bu olimpiada dünyada robot sahəsində ən nüfuzlu olimpiada kimi qəbul olunur. 

Qeyd edək ki, olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanırlar.

Mənbə
ANS PRESS