AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı davam edir

06 May 2014 10:41
AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı davam edir

Qafqaz Universiteti ACM Tələbə Bölməsi, QUTexnoparkın təşkilatı dəstəyi, AZEL şirkətinin sponsorluğu ilə Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı davam edir. 

AzRoboHack-ə 14 aprel tarixində start verilmişdir. 27 aprelə qədər davam edən qeydiyyat mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər universitetlərin tələbələrindən təşkil edilmiş 55 komanda qeydiyyatdan keçmişdir.  Qeydiyyatdan keçmiş komandaları müqayisə etmək və layiq olanları seçmək üçün komandalar bir neçə mərhələdə seçimlərdə iştirak etmişlərdir.

 Öncə 28-29 aprel tarixlərində qeydiyyatdan keçmiş komandalar E-olimp veb səhifəsində təşkil olunmuş AzRoboHack 1 və AzRoboHack 2 online müsabiqələrində öz proqramlaşdırma biliklərini sübut etməyə çalışdılar. Bu mərhələyə 43 komanda qatılmağa razılıq verdi və bu komandalardan 34-ü online seçim müsabiqəsində iştirak etdilər. 

Növbəti mərhələdə öncədən təyin olunmuş keçid balını (1000 bal) keçən 21 komanda online/canlı müsahibə mərhələsində iştirak etdilər. Bu mərhələdə iştirakçıların robototexnika sahəsindəki biliklərinin ölçülməsi üçün suallar verildi və bu sahəyə olan maraqlarına önəm verildi. Müsahibə nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazandı. 

3-4 may tarixlərində keçirilən təlimlərdə finalçılara, online seçim mərhələsində xüsusilə fərqlənən digər komandalara və İKTETMin davamçılarına robototexnika, LEGO Education Set istifadə etməklər robot prototiplərinin hazırlanması və proqramlaşdırılması, leJOS, leJOS mühitində və vizual mühitdə LEGOların proqramlaşdırılması və digər mövzularda təlimlər keçirildi.

Finalçı komandalar təlimlərdə əldə etdikləri bilikləri 5-6 may tarixlərində keçiriləcək final mərhələsində istifadə edərək öz layihələrini həyata keçirəcək və yarış mükafatçıları sırasına düşmək üçün mübarizə aparacaqdırlar. 

Bir daha qeyd etmək istərdik ki, yarışda ilk üç yeri tutan komandalara pul mükafatları veriləcəkdir:

  • Birinci yer 500 AZN
  • İkinci yer 300 AZN
  • Üçüncü yer 200 AZN

http://www.ictsrcqu.org/az/xeberler/81-x-b-rl-r/141-azrobohack-i-respublika-robot-proqramlasd-rma-yar-s-davam-edir