AzRoboHack - Finala vəsiqə qazanan komandalar

01 May 2014 10:10
AzRoboHack - Finala vəsiqə qazanan komandalar

Nəhayət ki, yarışın finalçıları seçildi. 

Öncəki mərhələdə komandaların proqramlaşdırma biliklərini yoxlamaq üçün online yarış keçirildi. Bunun nəticəsində ümumi proqramlaşdırma biliyi olan komanda seçildi və musahibəyə dəvət olundu. Seçim mərhələlərinə qatılan komandalardan 21- bu haqqı qazandı və bu komandalarda aşağıdakı 10-u finala vəsiqə qazandı:

 

   1. HappyRobotics
  2. RoboOlimp
  3. MİM
  4. Master minds
  5. Huggies
  6. CreRobotative
  7. ROBOSOFT
  8. Frankenstein
  9. BDU-tetbiqci
  10. Excalibur

 

Finala vəsiqə qazanmaq üçün komandalara müsahibədə aşağıdakı suallar verilmiş və komandaların cavabları müvafiq ballarla (hər sual 0-20 bal arası) qiymətləndirilmişdir. Maksimum balı toplayan komandalar seçilmişdir.

  • İdarəetmə sistemləri (control systems/embedded systems) haqqında ümumi məlumatınız nədir?
  • Alternativ enerji mənbələrinin və yaşıl texnologiyanın tətbiqi ilə bağlı nə məlumat verə bilərsiniz?
  • Sənayedə istifadə olunan robot texnologiyaları haqqında nə məlumat verə bilərsiniz?
  • Lego kitlərindən hansı məqsədlər üçün istifadə olunur?
  • Azərbaycanda robot və robototexnikanın cari vəziyyəti haqqındə nə məlumatınız var?
  • Özünüzü bu sahədə inkişaf etdirmək və bu istiqamətdə karyera qurmaq istəyirsinizmi?

Suallara veriən cavablar AzRoboHack idarə heyəti tərəfindən qiymətləndirilmişdir.

 

Xatırladaq ki, 1-ci Respublika robot proqramlaşdırma müsabiqəsi QUTechnopark və Qafqaz Universiteti İKT Mərkəzinin təşkilatçılığı, QUTechnopark rezidenti AZEL ELEKTRONİK LTD şirkətinin sponsorluğu ilə keçirilir.

 

http://ictsrcqu.org/az/blog/item/143-azrobohadzk-finala-vaesizhae-zhazanan-komandalar