17 yaşlı azərbaycanlının heyrətamiz uğuru – ABŞ-da 6 UNİVERSİTET!

01 May 2014 10:25
17 yaşlı azərbaycanlının heyrətamiz uğuru – ABŞ-da 6 UNİVERSİTET!
Birləşmiş Ştatların 6 universitetinə müraciət etmiş azərbaycanlı məzun Emil Əliyev bütün universitetlərdən müsbət cavab alıb. Lent.az-ın məlumtına görə, Praqa Beynəlxalq Məktəbinin son sinfində oxuyan Emil Əliyev SAT testini uğurla verdiyinə görə Kaliforniya Universiteti - Davis, Nyu-York Universiteti, Dreksel Universiteti, Stoni Bruk Universiteti, Kaliforniya Universiteti - San Dieqo, Northeastern Universiteti onu qəbul edəcəkləri barədə məktub göndəriblər. Kaliforniya Universiteti - Davis Emilə mükafat da təyin edib. Kompüter elmləri və mühəndisliyi ixtisasına yiyələnmək istəyən Emil həmin universiteti seçib. Qlobal texnoloji layihələrin çoxu dünyaya Kaliforniyadakı Silikon Vadisindən yayılır. Buna görə, o bu ixtisasa həm nəzəri, həm praktik baxımdan yaxşı yiyələnmək üçün Kaliforniya Universitetini seçdiyini deyir.

Xatırladaq ki, 17 yaşlı Emil Əliyev Praqa Beynəlxalq Məktəbinin 65 illik tarixində oranı bitirən ilk azərbaycanlıdır. Texnologiyaya böyük marağı ola Emil mobil telefon üçün “app” düzəldib. Məktəblərində ev tapşırığının interaktiv edilməsində bu “app”dən istifadə olunub.

http://news.lent.az/news/164523