İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir

25 Dec 2013 09:19
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir

Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov görüşdü. Görüşdə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark)  İdarə Heyətinin sədri Dos. Şahin Durmaz və QUTechnopark-ın müdiri Dos. İsa Qasımov, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun səlahiyyətli nümayəndələri də  iştirak etdi.

İKT-nin inkişafı və tətbiqinin sürətləndirilməsi istiqaməti üzrə müzakirələr aparan tərəflər bu sahədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladılar. QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) əsasında layihələrin inkişafında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun nizamnaməsinə uyğun dəstəklərin ayrılması müzakirə edildi.