Elektron universitet sistemi Boloniya prosesinin tələbidir

05 Dec 2013 10:09
Elektron universitet sistemi Boloniya prosesinin tələbidir

Divarqezeti.com xəbər verir ki, Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsinin təmin edilməsi istiqamətində Azərnet şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb. Qeyd edilirki 10-ilə  yaxındırki Qafqaz universitetində elektron universitet sistemi tətbiq olunur.

Protokolun mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir.

Bu Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi analiz olunacaq və yeni tədbirlər planı hazırlanacaq.Təkmilləşdirilən Sistem Qafqaz Universitetində əvəzsiz tədbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaq. Avropa universitetlərinində tətbiqinə ehtiyacı olduğu bu sistem ilkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrinə təklif olunacaq.

Qafqaz universitetinin rektoru professor Ahmet Saniç sistemin boloniya prosesinə uyğun olduğundan  tələbələrin sərbəst dərs seçməsi ,imtahan sistemini avtomatikləşdirilməsi , elektron kitabxana sistemini özündə  əks etdirdiyini bildirərək qafqaz universitetinin bu sahədədə ilkə imza atdığını qeyd edib.

Azərbaycanda ilk dəfə Qafqaz universitetində fəaliyyət göstərən Texno parkın fəaliyyətindədə bu sistemin mühüm rolu var 

Universitetin dossenti Abuzetdin Adamov interaktiv lövhədə sistemin işləmə prosesi və istifadə qaydaları ilə tədbir iştirakçılarını tanış edib.

http://divarqezeti.com/index.php/elm-t%C9%99hsil/item/316-elektron-universitet-sistemi.html