Gənc StartUp-çılar İş adamlarının investor kimi maraqlarını müzakirə etdilər.

04 Nov 2013 20:50
Gənc StartUp-çılar İş adamlarının investor kimi maraqlarını müzakirə etdilər.

QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" laihəsi əsasında növbəti seminar 02 Noyabr 2013-cü il tarixində TÜSİAB (Türk Sənayeçi  İş Adamları Beynəlxalq Cəmiyyəti)  İcra Aparatının Rəhbəri  Yasin Göralın təqdimatında “İş adamlarının investor kimi maraqları” mövzusunda təşkil edildi.

Seminara "qardaşlıq gücündən strateji ortaqlığa" yanaşması ilə başlayan Y. Göral Azərbaycanın makroiqtisadi göstəricilərini təhlil edərək, iqtisadi inkişafda sahibkarlığın inkişafının zəruri amil olduğunu vurğuladı. Bu zaman Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin güclənən strategiyasında TÜSİAB-ın rolundan bəhs etdi. O, Qeyd etdi ki, türkiyəli iş adamları tərəfindən Azərbaycana  4 mlrd. ABŞ dolarından çox investisiya qoyulub.

Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:

  • Türk iş adamlarının Azərbaycanda investisiya imkanları
  • İş adamı kimdir?
  • İnvestor kimdir?
  • İnvestorun başlıca maraqları nədir?
  • StartUp-çı investorun maraqlarını cəlb etmək üçün nə etməlidir?

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.