Türkiyədə Texnopark Təcrübəsi Proqramı keçirilir.

17 Aug 2013 11:14
Türkiyədə Texnopark Təcrübəsi Proqramı keçirilir.

Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) gənc təşəbbüskarların iştirakı ilə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən aparıcı texnoparklarda təcrübə proqramı təşkil etmişdir. Təcrübə Proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılmasıdır.

Təcrübə Proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir.

Türkiyədə Texnopark Təcrübəsi proqramı 12-31 Avqust 20913 tarixlərində Yıldız Texniki Universiteti (YTU) Texnoparkı, İstanbul Texniki Universiteti (İTU) texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında həyata keçirilir.

YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud olan ekosistemin imkanlarından faydalanaraq böyüməsini təmin edən müxtəlif şirkətlərdə təcrübə qazanırlar.

Təcrübə proqramının iştirakçıları YTU Texnoparkının rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılandı. Əvvəlcə, YTU Texnoparkının Genel Müdiri Dr. Mahmud Karaman proqram iştirakçıları ilə görüşərək, texnoparkın ümumi fəaliyyəti haqqında məlumat verdi. İş fikri profilinə uyğun firma müəyyənləşdirilməsindən sonra, texnoparkla ümumi tanışlıq gəzintisi təşkil edildi.

Proqramın ikinci günündə YTU Texnoparkı Texnoloji Transfer Ofisinin (TTO) Şirkətləşmə və Təşəbbüskarlıq modulu üzrə uzmanı Emre Ötenkuşun təqdimatında seminar-təlim keçirildi. Seminar-təlim Proqram işçtirakçılarının xüsusi marağına səbəb oldu. Seminar-təlimdə Azərbaycanda və Türkiyədə təşəbbüskarlıq imkanları da müqayisəli təhlil edildi və gələcəkdə əməkdaşlıq edilə biləcək istiqamətlər haqqında müzakirələr aparıldı.

Proqram əsasında gənc təşəbbüskarlar YTU Texnoparkında fəaliyyət gösətərən CGM, FİNTEK, UYUMSOFT, YAZ BİLGİ, İPERA, TTO, NUKLEON, NEUTEC və s. şirkətlərdə qrup və ya fərdi olaraq,  şirkətləşmə istiqamətində iş fikri profillərinə uyğun görüşlər keçirir, müzakirələr aparılır, gələcəkdə ola biləcək iş ortaqlıqlarının təməlini formalaşdırılar. Bununla belə şirkətləşmə və təşəbbüskarklıq istiqamətində seminar-təlimlər də Təcrübə Proqramının başlıca hədəflərindəndir.

Təcrübə proqramının iştirakçıları

Təcrübə Proqramının iştirakçıları boş vaxtlarında İstanbulun tükənməz turizm potensialından fayadlanırlar.
QUTechnopark-ən təşkil etdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirilir.