QUTechnopark təşəbbüskarlıq seminarları silsiləsində ilk seminarı keçirdi.

06 May 2013 00:19
QUTechnopark təşəbbüskarlıq seminarları silsiləsində ilk seminarı keçirdi.

“Qloballaşan iş dünyasında innovasiya və təşəbbüskarlıq”mövzusunda keçirilən seminar Türkiyə Cümhuriyyəti Nişantaşı Universitetinin əməkdaşı, Kutvan Layihə Qrupunun prezidenti   Assoc. Prof. Dr. Ali Bülent Kutvan bəy tərəfindən təqdim olundu.

Gənc təşəbbüskarlar tərəfindən maraqla qarşılanan mövzu seminardan sonra müzakirələrlə davam etdirildi.

Qeyd edək ki, QUTechnopark-ın həyata keçirdiyi “Təşəbbüskarlıq” seminarları silsiləsində növbəti seminar, Təşəbbüskarlıqda hədəflərin düzgün müəyyənləşdirilməsi” mövzusu ilə Intersun Akademiyasının müdiri Dr. Cəlal Eynullayevin təqdimatında, 11 May 2013-cü ildə QUTehcnopark İnkubasiya Mərkəzində keçiriləcəkdir.