"Yeni Fikir Müsabiqəsi"nin şərtləri....

07 Mar 2013 00:11
"Yeni Fikir Müsabiqəsi"nin şərtləri....

Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikasi, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.

Qeyd edək ki, bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur. Yeni fikir müsabiqəsinin təşkilatçıları, QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı),İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi),Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi, Azərbaycan İEEE Kompyuter şöbəsidir.

Müsabiqədə iştirak  edib qalib olanlara münsiflər heyəti tərəfindən qəbul edilən 5 innovativ ideyanın sahibi olan qrupa QU Texnoparkının İnkubasiya Mərkəzində 1 il fəaliyyət göstərmək imkanı, ilk 3 yeri tutan qrup üzvlərinə Türkiyə Respublikası ODTÜ Texnoparkında 1 aylıq təcrübə imkanı,irəli sürülən ideya üçün sərmayəçi investor tapa bilmək şansı,təyin olunmuş biznes rəhbəri alma fürsəti,media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı yaradılacaq.

Müsabiqədə iştirak etmək üçün, 15 fevral - 25 mart tarixləri arası  Qafqaz Universiteti Texnopark onlayn ərizə sistemində qeydiyyatdan keçmək lazımdır.  Texnoparka layihə təqdim etmək  üçün əvvəlcə, onlayn ərizə sistemində qeydiyyatdan keçmək lazımdır. Onlayn ərizə ilə müraciət etməyin (müraciət) son tarixi - mart ayının 25 i dir. Daha sonra layihələrin münsiflər heyətinin qarşısında təqdimatı keçiriləcək. Bu  aprel ayının 20-si yekunlaşacaq.  Sonda isə layihələrin büdcənin və Biznes planın hazırlanması nəzərdə tutlub. Bundan sonra iştirakçılara  25,26,27 aprel tarixlərində təlim keçiriləcək.  Bizne planın son təslim tarixi may ayının 12 -də həyata keçiriləcək. Qaliblərin elanı isə mayın 20-si olacaq.  Müsabiqədə 30 yaşına qədər tələbə və məzunlar iştirak edə bilər.

Lahiyələr innovasiya və teknoloji yenilik,fikrin, ideyanın texnoloji-innovativ xüsusiyyətləri, faydaları və texnoloji baxımdan yeni və üstün cəhətləri,strategiya, bazar və rəqabət: Məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti meyararına görə dəyərləndiriləcək. Təbii ki, burada  layihənin büdcəsi də önəmli rol oynayır. Layihəni həyata keçirmək üçün lazım olan maliyyə vəsaiti miqdarı və maliyyə mənbələri qeyd edilməlidir. Onu da deyək ki, idarəetmə, qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihə içərisindəki rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı,təqdimatın keyfiyyəti: Müsabiqə finala irəlilədikcə münsiflər daha çox təqdimatın keyfiyyətinə diqqət yetirəcəklər: aydın və yığcam - həm yazılı, həm şifahi təqdimatda olmalıdır.

Biznes-planın keyfiyyəti: Lazımi təlimlər 25, 26, 27 aprel 2013 tarixlərində veriləcək. Bütün sadalananlarla yenifikir.az saytında tanış ola bilərsiniz.

http://www.reportyor.com/?cat=cemiyyet&id=10480

İRADƏ