Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP)) çərçivəsində təşkil olunan mentorluq və təlimlər uğurla davam edir.
23 noyabr tarixində peşəkar təlimçi Rasim Abdullayevin təqdimatında “Məhsul dizaynı və prototip”, peşəkar təlimçi Telman Mustafayevin təqdimatında isə “Effektiv təqdimat və Pitch Deck hazırlamağın yolları” mövzusunda təlimlər keçirildi.
Qeyd edək ki, ASSİP layihəsi Innovation and Digital Development Agency dəstəyi ilə Yeni Fikir tərəfindən həyata keçirilir.





