Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP) çərçivəsində BEU Technoparkda təşkil edilən təlimlər davam edir.
Bu dəfə peşəkar təlimçi Vüsal Süleymanlının təqdimatında “Startaplar üçün Marketinq strategiyaları” və “Effektiv komanda idarəetmə strategiyaları” mövzularında təlimlər keçirildi.
Qeyd edək ki, ASSİP layihəsi Innovation and Digital Development Agency (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) Yeni Fikir tərəfindən həyata keçirilir.
İnkubasiya proqramı 2025-ci ilin iyun ayının əvvəlinə qədər davam edəcək.




