Dekabrın 10-da Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbə və müəllim heyətinin iştirakı ilə “İdeyadan Startapa — Sənin innovasiya yol xəritən!” adlı təlim təşkil olunub. Təlimin məqsədi tələbələrə innovasiya ekosistemi ilə tanış olmaq, fərdi və komanda ideyalarını reallaşdırmaq üçün lazımi bacarıqlar qazandırmaq idi.
Təlimçi “Yeni Fikir” MMC-nin Biznesin inkişafı və innovasiyalar üzrə direktoru Telman Mustafayev iştirakçılara ideyanın real biznes modelinə çevrilməsi mərhələlərini izah edib. Tələbələr bazar araşdırması, hədəf auditoriyanın müəyyənləşdirilməsi, rəqiblərin analizi, biznes modeli qurulması və investorlar üçün pitch təqdimatının hazırlanması üzrə biliklər əldə ediblər.
Təlim interaktiv müzakirələr və praktiki tapşırıqlarla zənginləşdirilib və gənclərin innovativ düşüncə tərzini inkişaf etdirməsi, yaradıcılıq və analitik bacarıqlarını gücləndirməsi üçün mühüm imkan yaratmışdır.
Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva Telman Mustafayevə təşəkkürnamə təqdim edərək onun tələbələrə verdiyi dəyərli töhfəni yüksək qiymətləndirib.
Yeni Fikir olaraq gənclərin inkişafına, innovativ düşüncə və sahibkarlıq bacarıqlarının formalaşmasına dəstək verməyə davam edirik!
#YeniFikir#İnnovasiya#Startap#İdeyadanStartapa






