Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP)) çərçivəsində təşkil olunan mentorluq və təlimlər uğurla davam edir.
16 noyabr tarixində peşəkar təlimçi Isa Qasimovun təqdimatında “Effektiv komanda idarəetmə strategiyaları” və “İnnovasiya ekosistemi və startaplar üçün əməkdaşlıq strategiyası”, peşəkar təlimçi Ülviyyə Savadovanın təqdimatında isə “Sahibkarlıq fəaliyyətinin formalaşdırılmasında hüquqi məsələlər” mövzusunda təlimlər keçirildi.
Qeyd edək ki, ASSİP layihəsi Innovation and Digital Development Agency dəstəyi ilə Yeni Fikir tərəfindən həyata keçirilir.





