Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP)) çərçivəsində BEU Technoparkda təşkil olunan mentorluq və təlimlər uğurla davam edir.
Bu dəfə peşəkar təlimçi Bünyamin Seyidovun təqdimatında “Startap fəaliyyətində əqli mülkiyyət və patentləşmə prosesi” mövzusunda təlim keçirildi.
Qeyd edək ki, ASSİP layihəsi Innovation and Digital Development Agency (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) Yeni Fikir tərəfindən həyata keçirilir.
İnkubasiya proqramı 2025-ci ilin iyun ayının əvvəlinə qədər davam edəcək.




