Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP) çərçivəsində BEU Technoparkda təşkil edilən təlimlər davam edir.
6 aprel tarixində, peşəkar təlimçi Vüsal Süleymanlının təqdimatında “Startaplar MVP mərhələsində” mövzusunda təlim keçirildi.
Qeyd edək ki, ASSİP layihəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) Yeni Fikir tərəfindən həyata keçirilir.
İnkubasiya proqramı 2025-ci ilin iyun ayının əvvəlinə qədər davam edəcək.


