29–30 may tarixlərində Yeni Fikirin Biznesin inkişafı və innovasiyalar üzrə direktoru Telman Mustafayev tərəfindən Bakı Biznes Universitetində tələbələr üçün “Startap və innovasiya” mövzusunda təlim keçirildi.
 Təlim çərçivəsində tələbələrə:
 Startap nədir
 İdeyanın biznesə çevrilməsi yolları
 Bazar araşdırması və ehtiyac analizi
MVP anlayışı və test mərhələləri
 Komanda quruculuğu və investisiya cəlbi





kimi mühüm mövzularda biliklər təqdim olundu.
 Yeni Fikir olaraq gənclərin inkişafına, innovativ düşüncə və sahibkarlıq bacarıqlarının formalaşmasına dəstək verməyə davam edirik!
