Akademik Sahibkarlıq Əsaslı Startap və İnkubasiya Proqramı (ASSİP) çərçivəsində BEU Technoparkda təşkil edilən təlimlər davam edir.
5 aprel tarixində, peşəkar təlimçi Telman Mustafayevin təqdimatında “Startapın texnoloji hazırlıq səviyyəsi və onun bazara çıxış proseslərində rolu” mövzusunda təlim keçirildi.
Qeyd edək ki, ASSİP layihəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) Yeni Fikir tərəfindən həyata keçirilir.
İnkubasiya proqramı 2025-ci ilin iyun ayının əvvəlinə qədər davam edəcək.



