Skip to content Skip to sidebar Skip to footer

Dilarə Rüstəmzadə Azərbaycanın ilk NLP texnologiyalı EdTech Startapını təqdim etdi

Azərbaycanda təhsil və texnologiyanın kəsişməsində böyük bir inqilab baş verdi. Dilarə Rüstəmzadə – Tuning Fork layihəsinin rəhbəri ilk dəfə NLP texnologiyalarını istifadə edərək, uşaqların vokal təlimini inkişaf etdirmək məqsədilə “Tuning Fork” startupını yaratdı. Jürilərin fikrinə görə bu layihə bütün regionun təhsil sektorunda bir dönüş nöqtəsi olacaq. Bu startap, Azərbaycanın ilk EdTech (təhsil texnologiyaları) startapı olaraq, təhsil sahəsində texnologiyaların gücünü göstərməyi hədəfləyib. Eyni zamanda ölkədə ilk dəfə olaraq NLP texnologiyasının tədbiqi ilə bir startupın təqdim olunması da startup ekosistemini çalxaladı. 

Yeni Fikir Müsabiqəsində iştirak edərək, Dilarə Rüstəmzadə öz startapı ilə öz yenilikçi yanaşması ilə cəmiyyətə çox böyük təsir göstərdi. Müsabiqənin final mərhələsinə qədər irəliləyən bu startap, səs tanıma texnologiyasının təhsil sahəsində necə praktiki və effektiv istifadə oluna biləcəyini nümayiş etdirərək, jüri üzvlərini heyrətləndirdi. Müsabiqə zamanı təqdim olunan digər ideyalarla müqayisədə, Tuning Fork-un təklif etdiyi həllər, həm cəmiyyətə, həm də təhsil sisteminə dəyərli və uzunmüddətli təsirlər yaratmağa yönəlmişdi.

Yeni Fikir Komandası olaraq, gənc sahibkar Dilarə Rüstəmzadənin bu uğurunu xüsusi qeyd etməkdən qürur hissi duyuruq. Əldə edilən bu qalibiyyət yalnız bir mükafat deyil, həm də Azərbaycanın təhsil sektorunda texnoloji yeniliklərin və startap ekosisteminin inkişafının təməlini qoyan bir mərhələ olduğundan əminik. 

Tuning Fork-un lideri, bu layihəni yaratarkən yalnız innovasiya və texnologiya deyil, həm də cəmiyyətin təhsil sahəsindəki ehtiyaclarına diqqət yetirdi. Bu gün, Tuning Fork-un əldə etdiyi uğurlar, yeni nəsil təhsil texnologiyalarının gücünü göstərir və həm yerli, həm də beynəlxalq müstəvidə daha çox təşəbbüskarın bu sahəyə yönəlməsinə ilham verir.

Yeni Fikir Müsabiqəsinin iştirakçılarına təqdim etdiyi imkanlar, həm ideyaların inkişafını dəstəkləyir, həm də iştirakçılara öz bizneslərini növbəti mərhələyə daşımaq üçün resurslar və mentorluq təmin edir. Tuning Fork-un qazandığı bu xüsusi mükafat, Azərbaycanın texnoloji və təhsil sahələrindəki yenilikçi təşəbbüslərin inkişafını təmin edən bir örnəkdir və gələcəkdə daha çox startapın da bu yolda uğur qazanacağına ümid verir.

Cart0
Cart0
Cart0