Skip to content Skip to sidebar Skip to footer

Peşə təhsili müəllimlərinə sahibkarlıq istiqamətində təlim keçirilib

26-28 dekabr 2024-cü il  tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Sahibkarlıq istiqaməti üzrə 3 günlük təlim keçirilib. Təlimdə Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrinin “Sahibkarlıq” baza modulunu tədris edən 45 müəllimi iştirak edib. Təlim həm onlayn, həm də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Müəssisəsində əyani şəkildə təşkil edilib. Təlimin əsas məqsədi “Sahibkarlıq” baza modulu üzrə yeni hazırlanacaq dərsliyin tətbiqi üçün müəllimlərin hazırlıqlı olmasını təmin etmək, onların rəy və təkliflərini nəzərə almaq və innovativ sahibkarlıq düşüncə tərzini tələbələrə düzgün şəkildə ötürmələri üçün istiqamət verməkdir.

Təlim iştirakçılarına praktiki tövsiyələr təqdim etmək üçün sahibkarlıq və startap sahəsində təcrübəyə malik təlimçilər cəlb edilib. Təlimdə müzakirələr və interaktiv fəaliyyətlərlə yanaşı müəllimlərin rəy və təklifləri də nəzərə alınıb.

Bu təlim peşə təhsili müəssisələrində təhsilverənlər və təhsilalanlar arasında sahibkarlıq düşüncə tərzinin inkişafı üçün mühüm addımdır və gələcəkdə davamlı keçirilməsi nəzərdə tutulur.

Leave a comment

Cart0
Cart0
Cart0