Yeni Fikir, təşəbbüskar gənclərin startap və innovasiya ekosistemində rəqabətqabiliyyətli bacarıqlar qazanmasına xüsusi önəm verir. Bu çərçivədə, IT Project Management layihəsinin iştirakçıları üçün təlimçi Vüsal Süleymanovun təqdimatında əlavə təkmilləşdirmə təlimləri təşkil edilib.
Əlavə təkmilləşdirmə təlimlərində çevik metodologiyalar, layihə və komanda idarəetməsi, risk və maraqlı tərəflərin idarə olunması, innovativ startap yanaşmaları və layihə nəticələrinin qiymətləndirilməsi kimi istiqamətlərdə tələblərin daha da inkişafına çalışılıb.
Qeyd edək ki, Yeni Fikir, gənclərin startap və innovasiya ekosistemində mövqelərini gücləndirmək məqsədilə inkişaf proqramları, təlimlər və digər dəstək mexanizmləri təşkil etməyə davam edəcək. İnanırıq ki, bu yanaşma, onların sahibkarlıq potensialını artırmaqla yanaşı, innovativ ideyalarını reallaşdırmaq və bazara uğurla daxil olmaq üçün zəruri bilik və bacarıqları qazanmasına imkan yaradacaq.