Qafqaz Universiteti Texnoparkının təşəbbüsü ilə təşkil olunmuş “Yeni Fikir Müsabiqəsi”nin final mərhələsi keçirilib və qaliblər müəyyənləşdirilib.
Final Proqramı Bakı Biznes Mərkəzində keçirildi. Geniş ictimaiyyətin də müşahidə etmə imkanı olan Final Proqramında, finalçıların təqdimatından sonra 5 ən yaxşı iş fikirləri müəyyən edilərək elan olundu.
Tədbirdə çıxış edən Qafqaz Universiteti Texnoparkının müdiri və layihənin rəhbəri İsa Qasımovun sözlərinə görə, QUTechnorak (Qafqaz Universiteti Texnoparkı) qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosisteminin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də “Yeni Fikir Müsabiqəsi”dir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (aşağıda verilib) yeni iş fikirlərinin inkişafına dəstək verilir.
YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir. “YFM 2014” layihəsinə isə 01 noyabr 2013-cü ildən etibarən start verilmişdir. YFM 2014 əsasında 229 müraciət qəbul edilmişdir ki, onlardan 169 iş fikri qiymətləndirmə prosesinə alınıb. Yarımfinala vəsiqə qazanmış 24 iş fikirlərindən 10-u isə finala vəsiqə qazandı.
Finalda isə qiymətləndirmənin nəticələrinə əsasən, real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq seçildi. “YFM 2014” layihəsinin qaliblərinə şirkətləşməsi üçün İnkubasiya Mərkəzində ofis, mentor, təlim, məsləhət kimi köməkliklərlə yanaşı, ilk 3 yeri tutacaq layihə qruplarına müvafiq olaraq 10000 manat, 5000 manat və 3000 manat da əlavə maliyə vəsaiti ayrılıb.
Təqdim olunan layihələrin rəhbərləri bu barədə münsiflər heyətinə ətraflı məlumat veriblər. Münsiflər heyətində təmsil olunan peşəkar mütəxəssislərin sualları cavablandırıldı və layihələrdəki çatışmayan cəhətlər vurğulandı.
Beləliklə, “YFM 2014” layihəsinin qalibləri:
1-ci yer: BethClip
2-ci yer: TUNING FORK
3-cü yer: Timi`s Aerial Vehicle (Smartplane)
4-cü yer: Antiviruslar.az
5-ci yer: GriG
Nominasiyalar üzrə qeydiyyatdan keçmiş iş fikri layihələri:
Veb xidmət nominasiyası: Asanxidmet.com, MİGO, Asan working, Cashback.az, Car expert, Restoran Bələdçi , MedHouse, Groupon, Bizim fabrik, İnternet marketing, OK, azeritest.com, Layihəm.az, İnternship.az, Technews, Bukuvi hostel, Octopus, ebazar.az, Xercim.az, Yoldaş, WebNumber, cuzdan.az, qFoz, CyberMe d, Online Təbib, Online reklam şifarişləri, Növbə.az, Bal Balam
E–Ticarət nominasiyası: Azərbaycan evimizdir, Çələng, Site Trade, MyAds.az, Online Sifariş, Start, Discounter.az, Tikinti bazarının mərkəzləşdirilməsi, Fərqli ol, Əlfəcin (2), Biz vasitəçiyik, Online Əczaçılıq, Online Paltar Satışı, Onlayn Bazar, e-store.com, ECS, Bagimiz.az, Yeməli.az, Hər bir halda qazanc, Elisleri.az, Ev xanımlarına iş imkanı, Antiviruslar.az, HandStore
Software və veb tətbiqetmələr nominasiyası: Tuning Fork, İnterest, Coğrafi İnformasiya Sistemi, RestaPay, ERP Sistemlərinin qurulması, Thanks to, Mobil operatorlar ilə ölkədaxili pul köçürmələri, BethClip, Pharmacist, SQR (İTS), ExMoney, Kompüter proqnoz proqramı, Hope, İnvestisiya mallarının proqnozu, Spark Studio, Metro Live ads, Spend and earn, E–restoran Toursystem
Xidmət Sahəsi nominasiyası: Business Club Azerbaijan, Truzim, F & V Service, Tanıtım, Özəl dedektiv xidməti, Al – gətir, TechMotion- Radio və TV verliş, 1 Day, Gümrah Park Parking, Life Club Young Center, UP, HeroGraphic Design Company, Airplane rasort, Fenerium – Azərbaycan, Baku Best Group, Counter – Strike Baku, Bakı səmasında gəzinti
Mobil Tətbiqetmə nom inasiyası: Locator, Yeni Texnika, Newster, Tezbazar, Iwanna, Dress İnn, Smart Parking, Knowbox, Əlindəki fürsətlər Chooznee, Şparqalka, EnWo, GeoTaxi
Aznews, Virtual Bələdçi, Mobil Həyat, Social Butterfly Rahat Həyat, Mobile Market Research
Sosial Platforma nominasiyası: Əlfəcin, Edunet, MyBug.az, UniSocial, Sosial şəbəkə, Sfera.az, MegaMix, Bacarıqlı siz, Professionals.az, Restoran.com, Milli Sosial Şəbəkə, sorğu.az, Online Debat, More learn – more earn
Yeni İnnovativ Məhsul nominasiyası: İcare, Paymen, Wireless Cgarger, Musiqini paylaş, Raindroid, UniKart, Case, Uşaqlara nəzarət edən qol saatı, Təhlükəsiz yaşam, Kompüterləşdirilmiş avtomatik su sistemləri, Çoxalan Ekran texnologiyası, Səslə idarəetmə priototipi, Tomi`s Aerial Vehicle
Təlim və Tədris nominasiyası: Kursların təşkil edilməsi, İnternSchool of Azerb aijan, Oyun Mərkəzi, İntelektual əyləncə, Yeni dövr Gənci, İnkişaf, Online Təhsil, Effective Learning Program, AcademyPlus, Online learning, Online Akademiya, Green Debate
İstehsalat və Təkrar İstehsalat nominasiyası: ORİN, Plastik kulelerin geri dönüşümü, Elektromobil, EcoTech, Avtoplessimetr, Maşın üçün qış kəməri, Plastik, Qroy telephone, Ardu, Recycle Bin
Yeyinti və Qida Sənayesi: Su istehsal zavodu, Ət istehsalı, Nənəmin Təndiri, Fast Food, Quşçuluq ferması, Həvəs
Alternativ Enerji İstehsalı: Baraj və elektrik, Daimi mühərrik, Alternativ enerji isitmə sistemləri, Mikrodalğa sistemləri ilə istilik enerjisinin əldÉ ™ olunması
İnşaat və Memarlıq nominasiyası: Uğur yolu, Baku in Miniature, Dənizdə kitabxana, Səyyar qarajlar, Azərbaycan qeyri-adi binalar ölkəsi
Animasiya və Oyun Yazılımı nominasiyası: Find and S can, Don`t weep Karabakh, Prosper Cartoon Studio, 3D oyun, ChessAzeri.com
Aqrotexnika İstehsalı və k/t nominasiyası: Yeni suvarma texnikası, Bazar və rəqabət, Kənd Təsərrüfatı televiziyası
facebook Tətbiqetməsi nominasiyası: Eventsomania, FanTest
Digər: Sağlam Həyat qidadan başlayır, Atletika, Heyvanları qoruyaq, Sələmdən uzaq, Sahibsiz heyvanları qoruma, Tələbə krediti, Donorbook, Uşaqların təhsilinə diqqət, Təbiəti qoruyaq, Öyrət, öyrət və iş qur, Əhalinin işə təminatı, Qarabağ Atçılıq Mərkəzi, Protect web site from hack, Bacarıqlı gənclərə dəstək, Təmiz Bakı, Təhsildə yeni fikir.
Sonda Qafqaz Universitetinin rektoru Ahmet Saniç çıxış edərək bildirib ki, bu cür müsabiqələrin təşkili Azərbaycanda təhsilin inkişafı, kadr potensialının yetişməsi, yeni innovativ texnologiyaların tətbiqində mühüm rol oynayır. Onun sözlərinə görə, bu cür müsabiqələr həm də ölkədə fəaliyyət göstərən şirkətlərin təhsilə sərmayə yatırmasına böyük təsir göstərir.