BP Azərbaycan şirkətinin və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi və Asan İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Yeni Fikir” startap müsabiqəsinin finalı baş tutdu.
REAL xəbər verir ki, sayca 6-cı dəfə təşkil olunan müsabiqədə 118 layihə təqdim edilib və onlardan 12 layihə finala vəsiqə qazanıb. Müsabiqənin finalında bu layihələr arasından ən perspektivli 5-i qalib elan olunub.
BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli müsabiqə haqında ətraflı məlumat verdi.