Skip to content Skip to footer

Təsisçi

İsa Qasımov Bakı Mühəndislik Univeristeti Texnoparkının direktoru, Bakı Mühəndislik Universiteti Sənaye Mühəndisliyi kafedrasının dosenti, Yeni Fikir MMC-nin təsisçisi, Texnoloji Transfer və Elmin Kommersiyalaşdırlması Platformasının həmtəsisçisi, İnnovasiya Ekosistemi Oyunçuları Assosiasiyasının İdarə heyətinin sədridir.

O “İdeyadan Bizensə İnnovasiya və Akselerasiya iX Proqramı” (Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzi və Qlobal İnnovasiya Katalizatoru, 22 yanvar-18 mart 2020); “Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişafı” (STEPI, Koreya Respublikası, 11 – 30 oktyabr 2018.); “Silikon Vadisinə keçid” (ABŞ, San-Fransisko, 21 – 25 avqust 2017), “İnnovasiya və sahibkarlığının biznes inkubatorlarda inkişafı” (EDI, Hindistan, 04 yanvar-12 fevral 2016); “Ali təhsil və gələcək karyera proqramı” (ABŞ, 28 yanvar – 18 fevral 2012-ci il) və digər çoxsaylı beynəlxalq peşəkar inkişaf proqramlarının məzunudur.

“Yeni Fikir” startap müsabiqəsində 1000-dən çox startap layihəsinin qiymətləndirilməsində iştirak etmiş, o cümlədən 100-ə yaxın startapın ümumi inkişafına dəstək olmuş, onlardan 40 startapa isə inkubasiya xidmətləri və toxum investisiya dəstəyi də vermişdir.

Contact Form

    Cart0
    Cart0
    Cart0