Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “My Technology” layihəsinin infosesiyası uğurla icra olunub.
Layihə çərçivəsində muxtar respublikanın ümumitəhsil məktəblərində çalışan müəllimlər və X, XI siniflərində təhsil alan şagirdlər ilə görüş keçirilib.
Görüşdə Bakı Mühəndislik Universitetinin Texnoparkının direktoru İsa Qasımov layihə haqqında ətraflı məlumat verib.