Skip to content Skip to sidebar Skip to footer

4ü1arada startap və inkubasiya proqramı layihəsi uğurla başa çatdı

Cari ilin aprel ayından başlayan Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı (4ü1arada) layihəsi başa çatdı.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfdaşlığı, həmçinin Yeni Fikir-in təcrübəsi və əməkdaşlığı ilə Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında təşkil edilən 4ü1arada layihəsi çərçivəsində, cari ilin aprel-oktyabr aylarında, qeyd olunan regionlarda fəaliyyət göstərən universitet filillları və peşə mərkəzlərindən, eləcə də iş dünyasından müraciət etmiş 100-dən çox təşəbbüskara startap yanaşması və yeni startapların formalaşdırılması istiqamətində təlimlər keçirilmiş, onların təklif etdikləri startap layihələrinin ehtiyaclarına uyğun mentorluq xidmətləri verilmişdir. Təlim və mentorluq xidmətləri nəticədə, 32 startap layihəsinin formalaşmasına nail olunmuşdur ki, həmin startapların inkişafı Qubada və İsmayıllıda təşkil edilmiş bootcamp-larda dəstəklənmişdir.

Noyabrın 24-də isə, ərsəyə gətirilmiş startapların İsmayıllı rayonu Mədəniyyət Sarayında sərgisi təşkil olundu. Sərgidə iştirak edən 26 startap komandası təklif etdikləri həll yolları və xidmətləri ilə iştirakçıların marağını cəlb etməklə yanaşı, Münsiflər heyəti qarşısında da təqdimat etdilər. Münsiflər heyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən 12 startap komandası “Demoday”də təqdimat etmək hüququ qazandı.

Yekunda, 4ü1arada layihəsi çərçivəsində seçilən ən perspektivli 3 layihə komandası İRİA tərəfindən mükafatlandırıldı. Onlardan “check-up” startapı 1-ci yerə, “3ü1-ində” startapı 2-ci yerə, “Ubay” startapı isə 3-cü yerə layiq görüldülər. Demoday-ə təqdimat hüququ qazanan 12 startap komandasının üzvləri isə uğur sertifikatına layiq görüldü.

Bütün iştirakçıları təbrik edir, startap ekosistemində hər birinizə uğurlar arzulayırıq.

Leave a comment

Cart0
Cart0
Cart0