Skip to content Skip to sidebar Skip to footer

4ü1arada Şamaxıda!

11 iyul tarixində ADPU Şamaxı filialında “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi çərçivəsində növbəti təlimlər keçirildi. 🌟

Bu dəfə iştirakçılar iddia etdikləri startap layihəsi və ya iş fikirlərinin INC modeli (İdeya-Ehtiyaclar-Bacarıqlar) əsasında inkişaf etdirmək və biznes modelin qurulması yollarını öyrəndilər. Müzakirələr zamanı layihə komandaları ideyalarının orijinallığı, zəif və üstün cəhətləri, eləcədə ideyanın formalaşdırılmasında bazar araşdırması və bacarıqların hansı formada və necə nəzərə alınmalı və inkişaf etdirməli olduqlarını kəşf etməyə çalışdılar.

İştirakçıların arasında təhsil işçilərinin üstünlük təşkil etməsi müzakirələrin elm-təhsil-biznes əməkdaşlığı müstəvisində baş verməsinə zəmin verirdi. Belə vəziyyət təhsildə innovasiyaların tətbiqi istiqamətində yeni layihələrin formalaşmasına rəvac verməklə yanaşı, təhsilverənlərin biznes təşəbbüskarlığının formalaşmasına da şərait yaradır.

Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yeni Fikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilir.

Layihənin məqsədi regionlarda, o cümlədən burada fəaliyyət göstərən ali təhsil və peşə məktəblərində innovativ mühitin, eləcə də texnologiya sahibkarlığının inkişaf etdirilməsinə töhfələr vermək və yeni startaplar fomralaşdırmaqdır.

Leave a comment

Cart0
Cart0
Cart0