Awards

Yeni Fikir 2017 Müsabiqəsində iştirak edərək uğurlu olan startap layihələrinin qazana biləcəyi imkanlar:
 

1. Bakı Mühəndislik Universiteti Texnoparkı: qalib startaplara inkubasiya xidmətlərini ödənişsiz əsaslarla verəcək;

2. Azərbaycan Milli Elmlər Akademiyası: Müsabiqədə birinci yeri qazanacaq layihə komandasına 10 000 manat pul mükafatı verəcək. Müsabiqədə iştirak edən uğurlu layihələrə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edir;

3. AzEduNet MMC: Müsabiqədə 2-ci yeri qazanacaq layihə komandasına 5000 manat pul mükafatı verəcək; 

4. ENGİNET MMC: Müsabiqədə 3-cü yeri qazanacaq layihə komandasına 2500 manat pul mükafatı verəcək; 

5. "AzFinans" İnvestisiya şirkəti: perspektivinə inananılan startup layihələrinin inkişafı üçün 100 000 manata qədər invsetisiya limiti ayrılıb;

6. "Khazar Venture" / "SUP.az": müsabiqədə ilk iki yeri qazanan layihələrə akselerasiya  xidmətləri təklif edir. Uğulu ola biləcək layihələrə investisiya imkanı verilə bilər;

7. "Baku Holiday Travel" turizm şirkəti: birinci yeri qazanacaq layihə komandasından bir nəfərin Silikon Vadisinə gediş-gəliş avia biletini təmin edəcək;

8. Microsoft Azərbaycan şirkəti: Yeni Fikir 2017 müsabiqəsində iştirak edən, İT həlli təqdim edən və tələbələrdən ibarət olan komandalar birbaşa Microsoft İmagine Cup 2018-də iştirakçı hüququ qazanacaq.
9. ITU Çekirdek:  Qalib layihələrə İstanbul Texniki Universiteti "Arı" Texnoparkda inkubasiya proqramları ilə dəstəkəyəcək.

10. "Öz Süt" şirkəti: finala vəsiqə qazanmış hər bir komandaya 150 manat dəyərində, yarımfinala vəsiqə qazanmış hər bir komandaya isə 100 manat dəyərində yemək kuponu verrəcək;

11."Bliss accessories"/"Bravo Accessories": qalibləri qiymətli hədiyyələrlə təbrik edəcək;
12. "Next Step" İnnovasiya Mərkəzi: qalib startaplara inkubasiya xidmətlərini ödənişsiz əsaslarla verəcək;
13. "KUTVAN PROJECT GROUP": qalib startaplara mentorluq dəstəyi verəcək;
14. "Social Innovation Lab": qalib startaplara mentorluq dəstəyi verəcək;