News

KoçSistem startap bazarına yeniliklər gətirir

2015-12-10 11:11:01
KoçSistem startap bazarına yeniliklər gətirir Məlumat verdiyimiz kimi, KoçSistem Azərbayca MMC Qafqaz QUTexnoparkında yeni Tədqiqat Mərkəzi açmaqla Azərbaycandakı fəaliyyətini genişləndirməyə hazırlaşır. Bu fəaliyyət istiqamətində KoçSistem Azərbaycanın startap ekosistemində də yeniliklər etməklə, bu sektora fayda verməyə hazırlaşır. Yerli startap layihələrimizlə bağlı yeniliklə təklif edəcəyini deyən şirkətin direktoru Ali Kutvan bu barədə Xeberler.az-a daha ətraflı məlumat verib. Onun sözlərinə görə, Qafqaz Universitetinin QUTexnoparkında fəaliyyətə başlayacaq Tədqiqat Mərkəzi Azərbaycanın startap layihələrinə xüsusi diqqət ayıracaq. Belə ki, KoçSistem Azərbaycanın startap bazarında bəzi yeniliklər edəcək: "İlk olaraq Qafqaz QUTexnoparkının təşkil etdiyi müsabiqənin münsiflər heyətini dünya təcrübəsi olan xarici İT mütəxəssislərdən təşkil etməyi düşünürük. Eyni zamanda KoçSistem Azərbaycan olaraq startaplara investisiya dəstəyi də göstərəcəyik". Ali Kutvan bildirib ki, uğurlu gələcək gördükləri startaplara şi...

CEO SUMMİT 2015

2015-12-07 08:57:14
CEO SUMMİT 2015 Dekabr ayının 7-də Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən "Business Talk" şirkəti tərəfindən "CEO SUMMİT 2015" proqramı baş tutdu. Əsas mövzusu iş həyatı, karyera, qlobal şirkətlərdə idarəçilik, fərdi inkişaf olan proqramda Azərbaycan və Türkiyə, həmçinin qlobal şirkətlərdə fəaliyyət göstərən altı iş adamı təcrübələrini və dəyərli fikirlərini iştirakçılarla bölüşdü. Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov: “İş həyatında təhsilli insanmı yoxsa əxlaqlı insamı?”, "P&G" şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay: “Qlobal markalarda idarəçi olmaq”, MADO Azərbaycan şirkətinin təsisçi ortağı və direktoru Kamran Məşədiyev: “Uğurlu biznesin təməlləri”, " Koç Sistem" şirkətinin Azərbaycan üzrə  direktoru Ali B. Kutvan: “Şirkətlərdə Strateji İdarəetmə”, " Mc Donalds" şirkətinin İngiltərə və Türkiyə üzrə direktoru Ahmet Murtezaoğlu:  &l...

QU Texnoparkda IT yönümlü Danışıq kursu təşkil olunub

2015-12-05 12:20:26
QU Texnoparkda IT yönümlü Danışıq kursu təşkil olunub QU Texnopark rezidenti Agile Solutions şirkəti tərəfindən QU Texnopark könüllüləri üçün IT yönümlü Danışıq kursu təşkil olunub. Tədbirdə həmçinin IT mütəxəssislər də iştirak edib.    Şirkət rəhbəri İlqar Əliyev QU Texnopark rəhbərliyinə tədbirin keçirilməsinə  göstərdiyi dəstək üçün təşəkkürünü  bildirib və təqdimatlar barədə məlumat verib. Əsas öhdəliyi layihə ilə bağlı vebsayt qurmaq olan komandalar müxtəlif aspektlərdən çıxış edərək fərqli ideyalar ərsəyə gətiriblər. Fəaliyyətə müxtəlif sahələr üzrə təhsil alan tələbələr cəlb olunub və tədbirin əsas məqsədi iştirakçıların komanda ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi olub. Sonda iştirakçılar maraqlı oyun və fərqli təcrübəyə görə təşəkkürlərini bildiriblər.  ...

"CEO SUMMİT 2015" keçiriləcək

2015-12-01 18:42:37
"CEO SUMMİT 2015" keçiriləcək Son zamanlar Azərbaycanda innovasiya iqtisadiyyatının inkişafına verilən əhəmiyyət, sahə ilə əlaqədər olan fərqli proqramların keçirilməsinə zəmin vermişdir. Xüsusilə gənclərin böyük maraq göstərdiyi bu cür proqramlar, cəmiiyyətdə təşəbbüskar yanaşmanın inkişafına münbit şərait formalaşdırır. Qafqaz Universitetinin sonuncu kurs tələbəsi, həmçinin  "Business Talk" layihəsinin rəhbəri Eyyub  Hüseynzadənin təşkil etdiyi  "CEO SUMMİT 2015" proqramı  belə proqramlardan biridir. "CEO SUMMİT 2015" proqramı 2015-ci il Dekabrın 6-da Qafqaz Universitetində keçiriləcək.          Layihənin rəhbəri Eyyub Hüseynzadənin verdiyi məlumata görə, "CEO SUMMİT 2015" proqramında məruzəçi kimi aşağıdakılar iştirak edəcək. MADO Azərbaycan şirkətinin təsisçi ortağı və direktoru Kamran Məşədiyev: “Uğurlu biznesin təməlləri” mövzusunda, "P&G" şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay: “Qlob...

Təşəbbüskarlıq Seminarlarında iştirakım fəaliyyət səmərəliliyimə müsbət təsir göstərmişdir

2015-11-25 17:02:58
Təşəbbüskarlıq Seminarlarında iştirakım fəaliyyət səmərəliliyimə müsbət təsir göstərmişdir Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur.   Bu proseslər  bütöv yanaşmalar  müstəvisində həyata keçirilir. İnsan kapitalınının sürətli inkişafına xidmət edən Qafqaz Universiteti Texnoparkı  bu məqsədlə təşəbbüskarlıq seminarları təşkil edir. Təşəbbüskarlıq Seminarları  Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu da universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, təşəbbüskar gənclər və iş dünyasının təcrübəli şəxsləri arasında ortaq seminar və müzakirələrin aparılmasına şərait yaradır. Qafqaz Universiteti Texnoparkının rəhbəri dr. İsa Qasımov bildirdi ki, seminarlara tələbatın olduğunu nəzərə alınaraq  ayda bir...

Azərbaycandan olan startup dünyanın ən yaxşı 20 startupı sırasında

2015-11-23 23:10:44
Azərbaycandan olan startup dünyanın ən yaxşı 20 startupı sırasında Bir il öncə beynəlxalq «Open Startup» müsabiqəsinə 89 ölkədən 800-ə yaxın layihə baş vurmuşdu. Həmin layihələrdən biri də Azərbaycandan olan "" layihəsi idi.Biznes yönümlü  isə həmin startuplar arasından dünyanın ən yaxşı 20 startupını seçib. «Bethclip» layihəsi də bu siyahıda yer almağı bacarıb. BethClip layihəsinin təsisçisi və rəhbəri Rəşid Əliyevin sözlərinə görə belə bir mötəbər siyahıda yer almaq böyük uğurdur və bu uğurun Azərbaycan adına yazılması qürurvericidir.Məlumat üçün qeyd edək ki, BethClip — artıq zaman itkisindən və əziyyətlərdən qurtulmağa köməyinizə gələn ximət və tətbiqdir. Belə ki, mobil cihaz istifadəçisi olaraq Sizdə hər hansı bir SMS-in mətnini, qurğuda daxil etdiyiniz qeydləri, ziyarət etdiyiniz veb səhifədən və ya hər hansı bir yazışmanızın mətnini digər qurğunuza; telefonunuza, planşetinizə, kompyüterinizə və hətta ağıllı televizorunuza ötürmək istəyi yarana bilər. Bunun üçün...

Azərbaycan markası - "BethClip" dünyanın ən yaxşı 20 Startup-ından biri

2015-11-20 11:11:51
Azərbaycan markası - "BethClip" dünyanın ən yaxşı 20 Startup-ından biri “Qlobal Sahibkarlıq  Həftəsi” (Global Entrepreneurship Week) hər il özünün “Açıq Startap Yarışı” (Startup Open competition) layihəsi üçün bir çox ölkədən gələcəyi olduqca parlaq görünən layihələr qəbul edir. Bu il layihəyə 89 ölkədən 800 startap müraciət etmişdir. Artıq müsabiqənin finalçıları münsiflər heyəti tərəfindən seçilib. Seçilmiş startaplar dünyanın 20 müxtəlif ölkəsindəndir. Azərbaycan isə müsabiqədə yeganə layihə “BethClip ilə təmsil olunur. Münsiflər heyətinin rəyinə görə "BethClip" finala vəsiqə qazanıb. Rəşid Əliyevin müəllifi olduğu "BethClip" layihəsi yüngül çəkili və asan istifadə olunan, çox sayda alət və proqram boyunca istifadəçinin mübadilə buferini sinxronlaşdıran vasitə olaraq təqdim olunmuşdur. Yarış barədə elanın işıqlandırıldığı xəbərdə istifadəçilərin tək toxunuşla informasiyanı kopyalaya və saxlaya bildikləri, bundan əlavə proqram...

"Startap mühiti və onun inkişafı" seminarı

2015-11-07 18:00:34
"Startap mühiti və onun inkişafı" seminarı Noyabr ayının 7-də QU Texnoparkın təşkilatçılığı ilə Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti təlim baş tutdu. “Startap mühiti və onun inkişafı"  mövzusunda olan seminar Embawood şirkətinin Straterji İdarəetmə  üzrə menceri  və Qafqaz Universitetinin müəllimi Cəbrayıl Vəliyev tərəfindən keçirildi. Təlimdə startap ekosistemi və əsas iştirakçılar, akademik mühit  və onun startapların tərəqqisindəki mövqeyi, biznes dünyası və onun startapların inkişafında rolu, startapların yaradılmasına fərqli baxış kimi məsələlərdən bəhs olundu. Seminar boyunca sahə nümayəndələri maraqlı müzakirələr halında fikir mübadiləsi etdilər. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclər...

Bethclip” beynəlxalq konfransda "Entreoreneurship Award" mükafatına layiq görülüb

2015-10-16 16:17:28
Bethclip” beynəlxalq konfransda  "Entreoreneurship Award" mükafatına layiq görülüb Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə  “ITU Telecom World 2015” sərgi-konfransında iştirak edən "BethClip" yüksək mövqeyə layiq görülüb. Layihənin rəhbəri Rəşid Əliyevin verdiyi məlumata görə, özünün müəllifi olduğu  layihəsi sərgidə iştirak edən kiçik və orta sahibkarlar (KOS) arasında "Ən yaxşı innovativ həlləri təqdim edən və İKT-nin inkişiafına dəstək olan KOS-lar" nominasiyası üzrə "Entreoreneurship Award" mükafatına layiq görülüb.   Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da daxil olmaqla, iştirakçı dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları nazirlərinin də qatıldığı tədbirə İKT sahəsi üzrə müxtəlif pavilyonlardan layihə komandaları qatılmışdır.  BethClip layihəsi tədbirə qatılan investorların da diqqətini cəlb etmişdir ki, R. Əliyevin verdiyi məlumat görə, bununla bağlı hazırda danışıqlar ...

QU Texnopark loqosunu yeniləyir

2015-10-15 09:05:03
QU Texnopark loqosunu yeniləyir    Qafqaz Universiteti  Texnoparkı rəsmi loqosunu yeniləyir. Bu məqsədlə QUTechnopark müsabiqə elan edir. Müsabiqədə təklif edilən ən yaxşı loqonun sahibinə QUTechnopark tərəfindən "Wacom wireless Bamboopad" cihazı hədiyyə ediləcək. Dizayn edilən loqo QU Texnoparkın fəaliyyətini əks etdirməlidir.    Müraciət etmək istəyənlər təklif edəcəkləri loqonu, adı, soyadı və telefon nömrəsini əlavə edərək e-poçtuna göndərə bilərlər. Son müraciət zamanı 23 oktyabr 2015-ci il saat 10:00-dur.    Ətraflı məlumat üçün +994 (12) 349-99-58 +994 (55) 314 44 03 və ya QUTechnopark-ın rəsmi mənbələrindən istifadə edə bilərsiniz. Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq. Əsmər Həşimli...

Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə

2015-10-14 09:00:40
Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə  -ın yaydığı məlumata görə, bu il Oktyabr ayının 12-dən 15-ə kimi müddətdə Macarıstanın paytaxtı Budapeştdə “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə sərgi-konfransı keçirilir. Sərgidə Yeni Fikir 2014 Müsabiqəsində birincisi “Bethclip” layihəsi də təmsil olunur. Sərgi əsnasında öz layihələrini nümayiş etdirən Rəşid bəy Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Macarıstan İnformasiya və Kommunikasiya Texnologiyaları naziri ilə Azərbaycan startaplarını müzakirə etmiş və öz layihələrinin təqdimatını edərək onların iş prinsipi, həmçinin cəmiyyətin inkişafına verəcəyi töhfələr haqda məlumat vermişdir. Nazir Əli Abbasov bu səpkidə tədbirlərin önəmini vurğulayaraq startapları dəstəklədiyini  qeyd etmişdir. Sərgidə iştirak edən “Bethclip”  layihəsinin rəhbəri Rəşid Əliyev digər bir layihəsini də - “Braille Pad” - səgidə təqdim etmişdir.  xeberler.az -ın yaydığı məlumata g...

Uğurun sirləri - Qafqaz Universiteti

2015-10-01 01:01:06
Uğurun sirləri - Qafqaz Universiteti Güclü piar, ya yüksək ixtisaslı kadr hazırlığı? Ali məktəblərə Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər bir neçə universitetə üstünlük verirlər. O məktəblərdən biri də Qafqaz Universitetidir (QU) ki, ildən-ilə bu təhsil ocağına tələbə qəbulu da artır, yüksək bal toplayanların seçimi də. Adətən, o universitet prestijli hesab edilir ki, ilk növbədə məzunları uyğun ixtisaslar üzrə yüksək maaşlı işlə təmin olunurlar. Bəs universitetin yüksək nüfuz qazanmasına səbəb nədir? Dünən adı dillər əzbərinə çevrilən universitetdə olduq. İlk olaraq qeyd edək ki, Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb, 10 il şəhərin mərkəzində, sonra isə Abşeron rayonunda yerləşən 20 hektarlıq əraziyə köçürülüb. Hazırda üç tədris binası və iki yataqxana inşa edilməklə fəaliyyət göstərir. İş təminatı QU-nun Mətbuat şöbəsinin müdiri Ceyhun Vəliyevin bildirdiyinə görə, universitetin ərazisində yeni kitabxana, yeməkxana və tədris korp...

“BethClip” World Summit Award final mərhələsində

2015-08-27 14:46:07
“BethClip” World Summit Award final mərhələsində   Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş, Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference, ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea)kimi xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak edən BethClip layihəsi Azərbaycanın “World Summit Award 2015” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış 6 layihəsi arasındadır. Onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən seçilən layihə “Business & Commerce” (Biznes və kommersiya) nominasiyasında yarışacaq. Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək. Bu il World Summit Award (Dünya Sammit Mükafat) yarışı BMT-ə üzv 86 ölkədən 386 nominasiya qəbul etdi. Layihələr WSA ekspertl...

Qlobal yarışmada BethClip-ə səs verib, dəstək ola bilərsiniz

2015-05-14 19:00:53
Qlobal yarışmada BethClip-ə səs verib, dəstək ola bilərsiniz Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş BethClip layihəsi ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea) yarışmasında iştirak etmək üçün baş vurmuş və 10 may tarixində layihə yarım-finalistləri siyahısına seçilmişdir.Finalda iştiraka seçilmək üçün bütün iştirakçılar üçün səs toplama kompaniyası keçirilir.Qeyd edək ki, müsabiqə 74 ölkədən 792 müraciət qəbul etmişdir ki, son nəticədə 37 ölkədən cəmi 76 layihə yarım finala çıxmaq imkanı əldə etmişdir. Dünyanın müxtəlif ölkələrindən 110 elm, texnika, innovasiya və təşəbbüskarlıq üzrə regional mütəxəssislər layihələrin yoxlanılması prosesində iştirak etmişlər. Qiymətləndirmə zamanı layihə yaxud startapın əlverişliliyi, potensial...

Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə

2015-05-14 14:00:18
Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə Azərbaycanın İT və Yüksək Texnologiyaları ilə maraqlanan bir çox şəxs Tami və Maksim Piriyev qardaşlarının üzərində çalışdığı Bayquş dronu haqqında eşitməmiş olmazlar. Layihə bir neçə dəfə Bakutel sərgisi çərçivəsində təqdim edilməklə yanaşı,  Qafqaz Universiteti tərəfindən keçirilən Yeni Fikir 2014 müsabiqəsinin qaliblərindən biri olmuşdur. Lakin, bununla belə yerli investor və qurumlardan lazımi dəstəyi ala bilməyən iş adamları üzünü kraufandınq platforması olan -ə tutaraq, öz lahiyələrinə maliyyə dəstəyi əldə etmək istəyirlər. Ümumilikdə 151,604.24 ABŞ dollarına bərabər məbləği toplamaq istəyən layihənin tam məliyyə dəstəyi əldə etmək üçün 58 gün vaxtları var. Smartplane adı ilə kickstarterə çıxarılan layihə, təyyarə formasında drondur. Təyyarənin şəxsi onlayn tətbiq mağazası da mövcutdur, və siz ideyalarınızın reallaşdırılması üçün tətbiqlər kodlaşdırıb, sata da bilərsiniz. İstehsalçılar söz verirlər ki, təyyarə y&u...

"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı

2015-05-13 09:55:11
"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçirildi. "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutan "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarında investora münasibət müxtəlif prizmalardan təhlil edildi. Bundan əlavə, bazarda rəqibin olmasının yaxud tapılmasının vacibliyi, layihəni təqdim edərkən mükəmməliyyətçi olmayıb riskləri gözə almağın önəmi, komanda yığarkən nəzərə alınmalı olan əsas məqamlar, məhsulun nəzərdə tutulduğu auditoriya kimi məsələlərə aydınlıq gətirildi. Görüş əsnasında iştirakçılar təşəbbüskarlıq fəaliyyətinin incəlikləri haqda maraqlı məlumatlar almaq imkanı əldə etmişlər. Qeyd edək ki, rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya...

Anna Degterevanın təqdimatında seminar

2015-05-08 09:00:39
Anna Degterevanın təqdimatında seminar May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçiriləcəkdir. Seminar "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutacaq. Biznes inkubatoru, bir neçə uğurlu təşəbbüskar sahibkarın kapitalist Anna xanım layihəni hazırlayarkən cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti kimi önəmli mövzulardan bəhs edəcək. Tədbirdə həm də "Sedaktiv" CEO və təsisçisi Maksim Semençuk, "Reprezent" təsisçisiAleksandr Tomilin kimi xüsusi qonaqlar iştirak edəcək. "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" adlana görüş rus dilində olacaq. Qafqaz Universiteti əsas bina akt zalında saat 17:00-da həyata keçiriləcək seminarda maraqlanan hər kəs iştirak edə bilər. Әsmər Həşimli...

"Yeni Fikir Müsabiqəsi - 2015"in final mərhələsi

2015-05-03 12:55:43
"Yeni Fikir Müsabiqəsi - 2015"in final mərhələsi Aprelin 25-də "Park İnn" otelində Qafqaz Universitetinin Texnoparkı (QU Texnopark) tərəfindən təşkil olunan 2015-ci il üzrə Yeni Fikir  Müsabiqəsinin final mərhələsi keçirilib. Daxil olan 252 müraciətin 196-nın layihə şəklində qeydiyyata alındığı müsabiqənin finalında 12 layihə komandası yarışıb.  Final mərhələsinin açılış mərasimində   müsabiqə haqqında məlumat verilib, onun əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki,Yeni Fikir Müsabiqəsi  innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə  keçirilir. Layihə eyni zamanda gənclər arasında təşəbbüskarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə kömək göstərir. İldə bir dəfə keçirilən müsabiqədə  təkcə Qafqaz Universitetinin tələbələri deyil, ölkəmizdə yaşayan bütün gənclər iştirak edə  bilər. Qafqaz Universiteti Texnoparkının direktoru, "Yeni Fikir Müsabiqəsi" layihəsinin rəhbəri İsa Qasımov aç...

Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad

2015-04-29 18:49:12
Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad İndi elə bir zamanda yaşayırıq ki, günümüzü texnologiyasız – kompyuter, mobil telefon, planşetlərsiz təsəvvür edə bilmərik. Bu cihazlar müxtəlif tələbatlarımızı qarşılamaqla yanaşı, dünya görüşümüzün artmasına, ətrafda baş verənlərdən tez bir zamanda xəbər tutmağımıza kömək olur. Lakin bu texnologiyaların bir çoxunun iş prinsipi görmə qusurlu insanları ya nəzərə almır, ya da nəzərə alınan müxtəlif üsulların istifadəsi çox çətin olur. Bütün bunları nəzərə alaraq Azərbaycanlı bir qrup gənc görmə qusurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Heç təsadüfi deyil ki, layihə görmə qusurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.   Hazırda dünyada 1 milyard gözdən əlil insan var ki, onların da 37 milyonu tamamilə görmə qabiliyyətini itirib. Bundan başqa dünya praktikasında ölkə əhalisinin 10 faizinin gözdən ə...

“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu

2015-04-28 11:47:15
“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir 2015" müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmış və yalnız 12-si final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qeyd olundu ki, müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilir. Gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan, sahibkarlıq fəaliyyətini təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə işgüzar dairələr arasında real körpü rolunu yır. Hər il ənənəvi olaraq keçirilən müsabiqə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) idey...