Startapların inkişafı üçün təlim və mentorluq seminarları keçirilir

17 Mar 2019 15:15
Startapların inkişafı üçün təlim və mentorluq seminarları keçirilir

"Yeni Fikir VI" startap müsabiqəsi əsasında növbəti təlim və mentorluq seminarları, martın 17-də, İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində keçirildi.  Seminarların məqsədi startapların formalaşması və inkişafını dəstəkləməkdir. Tanınmış mentorlar Məmməd Kərim, Rəşad Eyvazov və Vüsal Kərimlinin təqdimatında keçirilən seminarlarda startapçılar və biznes təşəbbüskarlığında özünü sınamaq isəyən gənclər iştirak edirdi. Seminarlardan sonra iştirakıların biznes fikirləri müzakirə olundu və  onlara mentorluq xidmətləri verildi. Qeyd edək ki, Müsabiqə əsasında keçirilən bu cür seminarlar, Bakıda və Suqayıtda müxtəlif təhsil müəssisləri və müvafiq məkanlarda, aprelin 15-ə kimi, təşkil edilir. Semanrların yeri və tarixi haqqında ətralı informasiya Müsabiqənin veb səhifəsindən, vaxtaşırı olaraq, elan edilir. http://yenifikir.az/az/pages/Elanlar-27.htm

 

Xatırladaq ki, Bakı Mühəndislik Univeristetinin təşkilatçılığı və BP şirkətinin maliyyə dəstəyi ilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsində startap layihələrin qeydiyyatı may ayının 5-ə kimi yenifikir.az veb səhifəsi vasitəsi ilə aparılır.