İz Sosial Sahibkarlıq layihəsi QUTechnoparkda

21 Nov 2016 15:25
İz Sosial Sahibkarlıq layihəsi QUTechnoparkda

             Müxtəlif proqramlarla gənclər arasında sahibkarlıq yanaşmasının inkişafını təşviq edən Qutexnopark, bu dəfə tələbələr tərəfindən təklif olunmuş sosial sahibkarlıq layihəsinin inkişafına dəstək verdi.

 

            Qafqaz Universitetində bir neçə uğurlu layihə həyata keçirmiş "İz Sosial " layihəsi komandası tərəfindən təklif olunan "Sosial Sahibkarlıq" iki günlük təlim proqramı, 19-20 noyabr 2016-cı il tarixlərində Qutexnoparkda keçirildi.

 

            "Sosial Sahibkarlıq" təlim proqramı layihəsi haqqında elan verildikdən sonra qeydiyyatdan keçən 20 tələbə təlimlərə cəlb edildi. Əsasən Qafqaz Universitetin işgüzar məzunları tərəfindən verilən təlimlər iştirakçılara sahibkarlıq, o cümlədən sosial sahibkarlıq haqqında bilik və bacarıqlar öyrətdilər. Təlimlərin sonunda iştirakçılar komandalara bölünərək, müxtəlif sosial problemlərin həlli yollarını araşdırdıalar. Həmin komandaların təklif etdikləri həll yollarının hazırlanmasının ilkin iş modeli hazırlanaraq münsiflər heyətinə təqdim edildi. Komandalar təklif etdikləri iş modelləri ilə cəmiyyətdə mövcud olan bir problemin həll yolunu tapır və göstəriləcək xidmət əsasında isə öz bizneslərini qurmağı iddia etdilrər.

 

            Komandaların həll yolu təklif etdikləri sosial problemlər aşağıdakılar idi:

 

  1. Peşəkar kadrların hazırlığı (orta məktəblər üçün) xidmətləri
  2. Sağlam qida məhsullarının təmin olunması xidməti
  3. İstifadə olunmuş məhsulların təkrar istifadəyə cəlb olunması xidməti
  4. İstifadə olunmayan resursların dəyərləndirilməsi xidməti

 

Münsiflər heyəti layihə komandalarının işini yüksək qiymətləndirdi. Qutexnopark-ın rəhbərliyi isə layihələrin inkişafı üçün, onlara inkubasiya xidmətinin ödənişsiz şərtlərlə veriləcəyini elan etdi. Proqramın sonunda hər bir iştirakçıya sertifikat təqdim olundu.

 

Qeyd edək ki,  "Sosial Sahibkarlıq" iki günlük təlim proqramının işinə Qutexnopark mentorluq və məkan dəstəyi, Qutexnopark-da fəaliyyət göstərən "Social innovation Lab" layihəsi isə ekspert və təlim dəstəyi verdi. "Süfle konditer evi" şirkətinin təsisçisi, iş adamı Murad Əliyev isə proqramın keçirilməsinə sponsorluq etməklə yanaşı, sahibkarlıq və iş həyatı təcrübəsini iştirakçılarla bölüşdü.

 

"Sosial Sahibkarlıq" təlim proqramı layihə komandasının tərkibi aşağıdakı kimidir:

 

  • Layihənin rəhbəri Məhin Cəbrayılova (Qafqaz Universiteti, Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 3-cü kurs tələbəsi)
  • Məsud Həsənov (Qafqaz Universiteti, Maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi)
  • Fatimə Abdullayeva (Qafqaz Universiteti , İbtidai sinif müəllimliyi ixtisası üzrə  4-cü kurs tələbəsi)
  • Fəridə Əmiraslanova (Qafqaz Universiteti , Kimya müəllimliyi ixtisası üzrə  2-ci kurs tələbəsi)