Bakıda ilk dəfə olaraq sosial sahibkarlıq kampı keçirilib

21 Nov 2016 15:23
Bakıda ilk dəfə olaraq sosial sahibkarlıq kampı keçirilib

"Social Innovation Lab"ın təşkilatçılığı ilə, Bakıda ilk dəfə Sosial Sahibkarlıq kampı keçirilib. Qutexnoparkda  təşkil edilən "Social Enterprise Bootcamp" adı altında bir günlük programda, gənc peşəkarlardan və fərqli universitetlerin tələbələrindən ibarət 27 iştirakçı 5 fərqli sosial problemin həllində baş sındırıblar. Maraqlı olan odur ki, ödəniləcək birinci şərt həmin problemlərin, biznes potensialı olan innovativ bir üsul ilə həll edilməsi olub.

 

            Programda iştirakçıların qarşısına gənclər arasında işsizlik (jobgenius), alternativ gəlir mənbələrinin azlığı (jobshare), məktəblilər arasında mütaliyəyə meyliliyin azlığı (kitapp), savadlı tibbi ekspertlərin azlığı (sağlam ol), Azərbaycan dilində informasiya resurslarının məhdud olması (666) olmaqla 5 sosial problemin innovativ yollarla həlli məqsəd qoyulub.

 

            Sosial Sahibkarlıq kampı prosesində 4 təlim sessiyası, 3 praktiki sessiya və təqdimat sessiyası olmaqla 8 intensiv sessiya yer alıb. Sessiyalarda iştirakçıları "Social Innovation Lab"in əsas təlimçisilə bərabər həm də biri Niderlandlı olmaqla 4 mentor istiqamətləndirib. Günün sonunda 5 fərqli sosial problemi öz innovativ yanaşmaları ilə həll edən gənc peşəkarlar münsiflər heyətinin qarşısına çıxaraq layihələrinin təqdimatlarını ediblər. Bir-birindən maraqlı yanaşmalarla yadda qalan layihələr arasında alternativ gəlir mənbələrinin azlığı sosial probleminə öz innovativ layihələrilə həll gətirən jobshare (hazırki adı işkolik) komandası qalib gəlib. Qalib komanda "Social Innovation Lab"in "Startup Factory" diviziyasına dəvət edilib və hazırda fəaliyyətinə davam edir.

 

            Qeyd edək ki, artıq Qərqdən Şərqə, Silikon Vadisindən Banglora, Londondan Kenyaya qədər hər kəs cəmiyyətdəki və biznes dünyasındakı yeni istiqamət haqqında: Sosial Biznes haqqında danışır. Azərbaycana isə dünya trendi olan Sosial İnnovasiya konseptini "Social Innovation Lab" gətirir və "Şikayət etmə, Həll et" sloganı altında bu sahədə yüksək mövqe nümayiş etdirir.

 

                Sosial Sahibkarlıq proqramı və kampla bağlı digər məlumatları "Social Innovation Labstartap koçinq və metnorluq laboratoriyasının  təsisçisi Cəsur Həsənovun şəxsi blog səhifəsindən (http://jasurhasanov.com) əldə etmək olar.

 

            Xatıqladaq ki, "Social Innovation Lab" hazırda Qutexnoparkda aktiv fəaliyyət göstərən startap koçinq və metnorluq laboratoriyasından biridir.

 

Proqramın qısaldılmış videosu ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

https://www.youtube.com/watch?v=4oPt4S6Z020