"TechCrunch Disrupta"da iştirak etmiş "Kvotter" komandası ilə görüş

03 Oct 2016 10:16
"TechCrunch Disrupta"da iştirak etmiş "Kvotter" komandası ilə görüş

QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 01 Oktyabr 2016-cü il tarixində Yeni Fikir 2016 Müsabiqəsinin qalibi Kvotter layihəsinin müəllifləri Coşqun Kərimov və Orxan Əhmədov ilə təşəbbüskar gənclərin, görüşü həyacanlı və səmərəli oldu. Görüşdə, Silikon Vadisindən yenicə qayıtmış Kvotter komandası, innovasiya sahibkarlığı fəaliyyətlərində öz keçdikləri yol ilə yanaşı, ABŞ-ın Kaliforniya ştatında müşahidə etdiklərini, eləcə digər ölkələrə səfərləri zamanı qazandıqları təcrübəni paylaşdılar.

 

Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:

 

  • "Teccrunch disrupt" nədir?
  • Silikon vadisində investisiya alma imkanı verən proqramlar.
  • İnvestorların Startap komandalarına verdiyi dəyər
  • Texnologiya bizi hara aparır? Parolsuz (şifrəsiz) yanaşmalar...
  • Dünya bazarına niyə və necə çıxmalıyıq?
  • Networkingin əhəmiyyəti. Bunu qazanmağın sirləri
  • ABŞ ilə Avropa bazarları arasında fərqləri bizə nə deyir?

 

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

 

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.