Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadıldı

15 Mar 2016 18:00
Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadıldı

Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadılmışdır. ‪‎Layihənizin qeydiyyatının təsdiqləndiyini aşağıdakı ünvana baxaraq yoxlaya bilərsiniz.

http://yenifikir.az/az/pages/Layiheler-2016-56.html

Layihənizi qeydiyyatdan keçirdiyiniz halda bu səhifədə adı yoxdursa, verilmiş əlavə vaxtı dəyərləndirərək, layihənizi qeydiyyatdan keçirə bilərsiniz. ‪Layihələrin qeydiyyatı ilə meydana gələn istənilən problemlə bağlı QU Texnoparka müracət edə bilərsiniz.

Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi hər il Qafqaz Universiteti Texnoparkı tərəfindən keçirilir. Müsabiqə təşəbbüskar düşüncənin inkişaf etdirilməsini hədəfləyir və innovativ sahibkarlığı dəstəkləyir. QU Texnopark Yeni Fikir 2016 Müsabiqəsini yeni tərəfdaşlarla həyata keçirəcəyi üçün qalibləri daha böyük mükafatlar gözləyir. Belə ki, yarışda layihəsi bəyənilərək birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlandırılacaq. Hətta birinci yerin sahibi münsiflər heyəti tərəfindən təsdiq olunduğu halda onu 10.000 avroya qədər pul mükafatı da gözləyir. Üçüncü, dördüncü və beşinci yerə layiq görülən layihələr isə QU Texnopark paketi və Türkiyədə 15 günlük təlim imkanı əldə edəcək. 

Bütün müraciət edənlərə uğurlar arzulayırıq.